“Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görüldü - FOTO
02-11-2024 [11:56]
“Azercell” “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” mükafatına layiq görülüb.
Mia.az xəbər verir ki, mükafat Azərbaycanda ilk “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı ilə keçirilən “COP29 Human Capital Forum” tədbiri çərçivəsində təqdim olunub.
Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” mövzusunda “COP29 Human Capital Forum”u baş tutub. Bu tədbirdə “Azercell Telekom” MMC insan kapitalının qiymətləndirilməsi və əməkdaşlarının peşəkar inkişafına verdiyi dəstəyə görə “Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası” (“Best Rewards and Recognition Strategy”) mükafatı ilə təltif edilib.
“Azercell”in insan kapitalinin idarə olunması sahəsində apardığı proseslər və tətbiq etdiyi sistemlər beynəlxalq təcrübəyə uyğun qurulub. Şirkət istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daima xüsusi diqqət göstərir. “Azercell”in mükafatlandırma və tanıma strategiyası əməkdaşların iş məmnuniyyətini və bağlılığını artırmağa, onların fəaliyyətini dəyərləndirməklə daha yüksək nəticələr əldə etməyə yönəlib. Bu strateji yanaşma işçilərin peşəkar inkişafına dəstək olmaqla yanaşı şirkətin uğurlu gələcəyi üçün möhkəm zəmin yaradır.
Qeyd edək ki, “COP29 Human Capital Forum”u Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf” proqramı çərçivəsində “Rəqabətli insan kapitalı və müasir innovasiyalar” prioritetinə əsaslanıb. Forumda yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə rəhbərləri, konsaltinq şirkətləri və dövlət qurumlarının nümayəndələri insan kapitalının davamlı inkişafı və iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllər mövzusunda fikir mübadiləsi aparıblar.
Forum dünyanın 160-dan çox ölkəsində 15000-dən çox şirkət və 5000-dən artıq üzvü olan BMT-nin Qlobal Sazişi ilə tərəfdaşlıq çərçivəsində keçirilib. “Azercell” də 2023-cü ildə Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək məqsədilə bu sazişə qoşulub və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
XİN başçısı israillilərə çağırış etdi: "Hərbi və kəşfiyyat bölgələrindən uzaq durun"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ağ Ev: "Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək, o..."
Ərdoğan İlham Əliyevi Türkiyədən Bakıya belə yola saldı - FOTOLAR
Tramp "TikTok"a verilən müddəti yenə uzadıb
Millimiz Moldovaya qalib gəlib
Prezident İlham Əliyev Kahramanmaraşda - "Azərbaycan" məhəlləsinin açılışı oldu, mühüm mesajlar verildi (FOTOLAR, YENİLƏNİB)
Ləmbəranskidən boşalan vəzifəyə təyinat olub
Lənkəranda avtomobil aşıb, 5 nəfər xəsarət alıb (YENİLƏNİB)
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əli Əsədov bp şirkətinin baş icraçı direktoru görüşüb
İranın xarici işlər naziri Türkiyəyə gəlir
Bolqarıstanın İrandakı səfirliyini Bakıya köçürüb
Ulduz” jurnalının iyun sayı işıq üzü görüb
Yəhudilər qayıqla Kiprə qaçır? - “The Tehran Times” “İsrailin hücumu nədən gözlənilməz oldu”, sualına cavab verir
Almaniya İsrailə 4 milyon avroluq silah göndərəcək
ERMƏNİ GENERAL BAKIDA HAKİM QARŞISINDA - Manukyan prokurorun suallarını cavablandırıb
İran mediası: "İsrailin komandanlıq və kəşfiyyat qərargahı vurulub"
Məleykə Əsədova Xalq artistini "ifşa etdi": "Hamını aldadır"
Sabahın hava proqnozu açıqlandı
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
YENİ KOMİSSİYA YARADILDI - Əli Əsədov sədr, onlar üzv oldu (SİYAHI)
"Hafka" kirayədə qalır - Bütün əmlakını satıb
Sumqayıtda fabrikdə yanğın olub
Çimərliklərdə monitorinqlər aparılıb
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İRAN TEL-ƏVİVİ ELƏ RAKETLƏRLƏ VURDU Kİ... - FOTO
Yaponiyada güclü zəlzələ - 6,1 bal gücündə
İTKİN DÜŞMÜŞ DAHA BİR ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
“Əmək pensiyaları haqqında” qnaun dəyişir - Kimlərə güzəşt olunacaq?
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb
Mahir Emrelinin yeni klubu bəlli olub
Dilan Polatın şəxsi mühafizəçisi güllələnib - "Üç deyil, 7 güllə sıxılıb, yaxşı baxsınlar"
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi vəfat edib
İsrail qırıcıları İranı yenidən vurdu, Tehrandan cavab gecikmədi - Müharibə davam edir
Süni intellektlə mənə göz vuran Mono Liza... - Təbriz VƏFALI YAZIR
ABŞ-ın ağır bombardmançı təyyarələri İrana hücuma hazırlaşır - "Atəşkəs deyil, zəfər gözləyirəm"
“Yırtıcı Sərçə” İran birjasından 90 milyon dollar oğurlayıb - "Sepah"ı təhqir edən hesabda bu qədər pul "yandırılıb"
Xəzər dənizində zəlzələ baş verib