AFFA İntizam Komitəsi daha dörd klubu cərimələyib

img

30-10-2024 [12:29]


AFFA İntizam Komitəsi daha dörd klubu cərimələyib.

Mia.az xəbər verir ki, "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyü üçün həmin məbləğdə ziyana düşüb.

Komitə "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib. Buna Dioqo Verdaskanın ikinci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya da bir oyunluq cəza tətbiq edilib.

"Səbail" və "Sumqayıt" klubları da 700 manat cərimələniblər. "Gənclik şəhəri" təmsilçisinin qələbə qazandığı (1:0) görüşdə hər iki tərəfin dörd üzvü sarı vərəqə ilə cəzalandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR