Daha bir bankın əmlakı hərraca çıxarıldı - 360 min manata

img

29-10-2024 [11:33]


Oktyabrın 31-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Şəmkir şəhəri, Həsən Əliyev küçəsi, 5 ünvanında yerləşən, dəyəri 360 min manat olan 882,7 kv.metrlik əmlak kompleksindən gedir.


Digər xəbərlər
SON XƏBƏRLƏR