Marapi vulkanı yenidən aktivləşib

img

28-10-2024 [15:11]


İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanı dünəndən yenidən güclü formada püskürməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, dünən səhər saatlarından etibarən vulkanda 4 fərqli partlayışın baş verib.

Məlumata görə, partlayış o qədər güclü olub ki, külü göy üzünü tutub: "Dünən yerli vaxtla saat 07:00-da baş verən ilk partlayışda vulkan təxminən 1000 metr hündürlüyə kül səpib. Bundan sonra daha 2 partlayış olub. Göyü üzü küllə örtülüb. Bu gün səhər saatlarında baş verən dördüncü partlayışda vulkanın təxminən 800 metr hündürlüyə kül səpib. Hazırda vulkan püskürtüləri zəif də olsa, davam edir".

Xatırladaq ki, bu ilin may ayında Marapi vulkanının püskürməsi nəticəsində yaşanan təbii fəlakət səbəbindən 67 nəfər ölmüşdü.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq