Türk oyunçu Portuqaliya liqasında şou göstərdi - Kerem 45 dəqiqəyə 3 qol atdı

img

28-10-2024 [01:02]


Portuqaliya Premyer Liqasının 9-cu turunda türkiyəli futbolçu Kerem Aktürkoğlunun formasını geyindiyi “Benfika” “Estadio da Luz”da “Rio Ave”ni qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Benfika"nın 5:0 hesabı ilə qaliv gəldiyi matçda kerem ilk 45 dəqiqədə 3 qolla het-trik edib.

O, 12, 16 və 45-ci dəqiqələrdə qapı torunu silkələyib. Beləliklə, türk oyunçu yeni klubunda ilk dəfə het-trik sevinci yaşayıb.

"Benfika"nın digər qollarına 79-cu dəqiqədə Andreas Şjelderup, 81-ci dəqiqədə isə Zeki Amdouni imza atıblar.

Bununla da Keremin komandası 19 xalla 3-cü pilləyə yüksəlib.

Onu da qeyd edək ki, Kerem Aktürkoğlu 9 oyuna burada 8 qol vurub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq