Livanda təcili yardım maşınları vurulub: 8 işçi həlak olub - İsrail nəşlərini vermir

img

25-10-2024 [14:37]


İsrail ordusu Livanın cənubunda təcili yardım maşınlarını atəşə tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın səhiyyə naziri Firas əl-Ebyad məlumat verib.

Onun sözlərinə görə, İsrail ordusunun hücumu nəticəsində 8 təxili yardım işçisinin həyatı ilə vidalaşıb: "Acı da olsa deyim ki, İsrail əsgərləri onların cəsədlərini götürməyə imkan vermir. Beynəlxalq ictimaiyyət və birlik vəzifələrini yerinə yetirməlidir. Biz onlardan İsrailin bu amasnsızlığı ilə bağlı hərəkətə keçmələrini gözləyirik".

Nazir İsrailin hücumlarına görə artıq 8 xəstəxananın bağlandığını da sözlərinə əlavə edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq