Hindistanda fırtına: 600 mindən çox insan köçürülüb

img

25-10-2024 [12:38]


Hindistanda "Dana" adı verilən qasırğa ölkədə böyük təlatüm yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkənin şərqində təxminən 600 min insan təxliyə olunub.

Hindistan Meteorologiya İdarəsindən verilən açıqlamaya görə, Odişa ştatında və Qərbi Benqalda "Dana" tropik qasırğasının sürəti saatda 120 kilometrə çatıb: "Güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın riskinə vəvə digər dağıntılara yol açıb. Bu səbəbdən təxminən 600 min insan bölgədən təxliyə edilib"

Xəbərdə deyilir ki,artıq bölgədə bəzi ərazilər su altında qalıb: "Odişada fırtına səbəbindən dünəndən məktəblər bağlanıb, 200-dən çox qatar reysi ləğv edilib, uçuşlar dayandırılıb".

Hindistan rəsmiləri fırtına nəticəsində can və ya mal itkisi barədə məlumatların dəqiqləşdirildiyini bildiirblər.

Xatırladaq ki, keçən il bu bölgədə baş verən fırtınalar nəticəsində 523 nəfər ölüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq