İsraillilər Məscidül-Əqsaya basqın edib

img

22-10-2024 [13:32]


Bu gün bir qrup yəhidi çoxsaylı polis mühafizəsi altında işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqın edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat yayıb.

Məlumata görə, bir qrup yəhidi polisin himayəsi altında Məscidül-Əqsaya girib: "3 gün ard-arda keçirilən yəhudilərin bayramı bəhanəsi ilə məscidə girən israillilər Əqsa həyətində "Talmudik" ayinlərini icra ediblər. Bu müddət ərzində polsilər onları hər ehtimala qarşı müşaiyət ediblər. Hətta İsrail təhlükəsizlik qüvvələri fanatik yəhudilərin təhlükəsizliyini təmin etmək üçün səhər saatlarından etibarən İçəriŞəhər, Məscidül-Əqsa və ətrafında sədd çəkib. Bununla da İsrail polisi ibadət etmək istəyən müsəlmanların içəri girməsinə mane olub".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq