Hindistanda qeyri-adi hadisə: 48 saat ərzində 10 uçuş saxta xəbərə görə təxirə salınıb

img

16-10-2024 [11:17]


Hindistanda ən azı 10 uçuş saxta bomba təhdidləri səbəbindən vaxztında həyata keçirilməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu təxirə slaınmalarn hamısı son 48 saat içində baş verib.

Sinqapur Hərbi Hava Qüvvələri bomba təhlükəsindən sonra "Air India Express" təyyarəsini uzaqlaşdırmaq üçün iki döyüş təyyarəsini havalandırııb: "Lakin sonradan aydın olub ki, təyyarədə bomba yoxdur. Həmin gün "Air India" aviaşirkətinin Dehlidən Çikaqoya uçan təyyarəsi ehtiyat tədbiri olaraq Kanada hava limanına təcili eniş etməli olub...".

Xəbərdə deyilir ki, Hindistanda saxta bomba təhdidləri tez-tez baş versə də, son günlər artımın səbəbi aydın deyil.

Hindistanın Mülki Aviasiya Baş İdarəsi hadisəyə şərh verməyiblər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq