18 saat hava limanında saxlanılan yığma komanda oyuna çıxmadı - Millətlər Liqasında qalmaqal

img

15-10-2024 [08:32]


Nigeriya Milli Futbol Komandası Benqazidə Liviya yığması ilə matçı oynamadan ölkəni tərk ediblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Nigeriya millisin bütün heyətinin Liviyanın şərqindəki İbrik hava limanında 18 saat qapalı yerdə qəsdən saxlanılmaları olub.

Məlumata görə, qapalı yerdən buraxılan futboçu və mışqçilər heyəti oyuna ıxamaqdan imtina edərək, təyyarələrinə geri dönüblər.

Liviyanın rəsmi agentliyi olan LANA xəbəri təsdiləyib: "Nigeriya Milli Komandasının 2025-ci ildə Mərakeş Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sabah Benqazidə Liviya Milli Komandası ilə keçiriləcək oyundan çəkilib. Onlar artıq İbrik hava limanından ayrılıblar".

İbrik Hava Limanının rəsmisi Celal Muheşhiş isə deyib ki, Nigeriya Milli Komandası Liviyada oyun keçirməkdən özləri imtina edib.

Liviya mətbuatı yazır ki, Liviya yığması oktyabrın 11-də Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsndə Nigeriyada oynadığı matçdan əvvəl eyni münasibəti görüb və buna qarşılıq olaraq Nigeriyalı oyunçular matçın oynanacağı Bingazi şəhərinə 330 kilometr uzaqlıqdakı İbrık Hava Limanına qəsdən endirilərək 18 saat gözlədilib.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq