"Neftçi" Futbol Klubunda vəzifə davası başlayıb
09-10-2024 [10:00]
Antirekordlarla yadda qalan "Neftçi" Futbol Klubunda vəzifə davası başlayıb.
Komandanın idman direktoru postu boşdur və bunun uğrunda iki şəxs arasında "qırğın" gedir.
"Neftçi"nin uğursuzluqlarında əsas günahkarlar - idman müşaviri Kamil Məmmədovla futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov idman direktoru olmaq üçün bütün imkanlarından istifadə etməyə çalışır.
Kamil Məmmədov kluba bərbad futbolçular cəlb etdiyi üçün sərt tənqid olunur.
Zaur Əzizov bir neçə gün əvvəl yola salınan baş məşqçi Roman Qriqorçuku və bəzi zəif oyunçuları komandaya gətirmişdi. 59 yaşlı məşqçinin dövründə "Neftçi" tarixinin ən utanc uğursuzluğuyla üzləşdi, 9 turda 0 qələbə, 5 xalla 9-cu pilləyə yuvarlandı. Ukraynalı məşqçi bəzi azərbaycanlı futbolçulara haqsızlıq edərək, onları sıxışdırdı, bir neçəsini kənarda qoydu. Qriqorçuk əməllərinin nəticəsində "Neftçi"dən kənarlaşdırıldı.
İdman direktoru olmağa namizədlər sırasında Mahmud Qurbanovun da olduğu bildirilib.
Kamil Məmmədovun vəzifəsinin böyüdülərək bu posta gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, sentyabrın 18-də "Neftçi"nin rəhbərliyi Yens Andersonu idman direktoru vəzifəsindən çıxarıb. Anderson da azərbaycanlı futbolçulardan Emin Mahmudovla Qara Qarayevi sıxışdırmış, təzyiq edərək, onlardan maaşlarının azaldılmasına razılıq verməsini tələb etmişdi. Azərbaycan klubu isveçli Yens Andersona 2 aylıq maaş olaraq 120 min manat, həmçinin qiymətli xalça hədiyyə verərək, onu kənarlaşdırmışdı. "Neftçi" uğursuz kadr Andersona 1 il müddətində 1 milyon manat vermişdi(Supersport.Az)
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”