İsrail ordusunun hərbçisi həlak olub - Yaralılar var

img

08-10-2024 [09:46]


İsrail ordusu Qəzzada fələstinli qruplarla savaşda bir əsgərin həlak olduğunu təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.

Qeyd edilib ki, HƏMAS yaraqlıları ilə döyüşdə bir hərbçi isə ağır yaralanıb: "Bislah Briqadasının 17-ci Batalyonundan çavuş Noam İsrael Abdunun  Qəzzanın şimalında baş verən döyüşdə həlak olub. Həmin döyüşdə bir hərbçimiz isə yaralanıb. Onun da vəziyyəti ağırdır. Hazırda xəstəxanada həkimlərin nəzaərti altındadır..."

Ordudan verilən digər açıqlamada isə daha bir əsgərin Livanın cənubunda yaralandığın bildirilib.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb