ABŞ və Böyük Britaniya Yəmənin şəhərlərinə zərbələr endirib

img

05-10-2024 [09:03]


ABŞ və Böyük Britaniya Yəmənin şəhərlərinə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndəki husi qruplaşması məlumat yayıb.

Qeyd edilib ki,  ABŞ və Böyük Britaniya aviasiyası Səna, Zəmər, Hudeydə və Əl-Beyda şəhərlərini bombalayıb.

Husilərə məxsus "Əl-Mesira" televiziyasının xəbərinə görə, ABŞ-İngiltərə koalisiyasına aid təyyarələr paytaxt Sənanın Əs-Təvra rayonunda texniki xidmət sahəsinə 4 hücum həyata keçirib: "Döyüş təyyarələri həmçinin Hudeyda Beynəlxalq Hava Limanı və Hudeydanın Əl-Kasib bölgəsinə 7 hava zərbəsi endirib. Bundan başqa, ABŞ və Britaniya təyyarələri Zemar şəhərinin cənubuna bir, Əl-Bayda şəhərinin şərqindəki Mukeyras rayonuna isə üç hava hücumu həyata keçirib".

Xəbərdə ölən və yaralananlar haqqında informasiya verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR