İordan çayının qərb sahilində daha 35 fələstinli həbs olunub

img

04-10-2024 [14:39]


İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində növbəti əməliyyat keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi açıqlama yayıb.

Bildirilib ki, İsrail əsgərləri Hebron şəhərinin Beyt Əmir qəsəbəsində daha 35 fələstinlini saxlayıb: "Onlardan bəziləri sonradan buraxılıb. Lakin bəziləri istintaqa cəlb edilib".

Xəbərdə o da deyilir ki, Fələstinli fəal Muhammed Ayan Avadın evində də axtarış aparılıb: "Lakin o, evdə olmadığından tutulmayıb". 

Məlumat üçün qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bu günə qədər İordan çayının qərb sahilində saxlanılanların sayı 11100-ə çatıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR