İsrailin Danimarkadakı səfirliyi yaxınlığında partlayış: 3 isveçli saxlanılıb - Açıqlamalar

img

02-10-2024 [18:17]


Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında ard-arad iki partlayış törədilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Kopenhagen polisinin sözçüsü Yens Jespersen açıqlamada İverib.

O bildirib ki, partlayışlar yerli vaxtla saat 03.30 radələrində baş verib: "Hədəfin Kopenhagendəki İsrail səfirliyi olub-olmadığını hələ dəqiqləşdirmək mümkün olmayıb. Həmin ərazidə başqa ölkələrin də səfirlik binaları var. Hadisə ilə bağlı 15-20 yaşlarında 3 isveçli saxlanılıb, istintaq davam edir".

Polis sözçüsü hadisə nəticəsində ölən və yaralanan olmadığını da sözlərinə əlavə edib.

Danimarkanın ədliyyə naziri Peter Hummelgaard hadisə barədə suala lokal cavab verib: "Səbəb barədə şərh vermək hələ tezdir"

Zülfiyyə 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq