Belarus XİN: BRICS-in genişlənməsinin ilk dalğası onlarla dövləti əhatə edəcək

img

28-09-2024 [13:38]


BRICS-in genişlənməsinin ilk dalğası oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək birlik sammiti zamanı başlayacaq.

Bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.

O qeyd edib ki, təşkilatın ilk genişlənməsi onlarla dövləti əhatə edəcək: “Hazırda Rusiya sədrliyi genişlənmənin ilk dalğasında olacaq bu ölkələrin siyahısını formalaşdırır”.

Hazırda BRICS üzvlərinə 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya.

Daha əvvəl 34 ölkənin BRICS-ə qoşulmaq üçün müraciət etdiyi bildirilib. Onların arasında Azərbaycan və Türkiyə də var./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR