Məşhur şərhçidən güllələnən Serhat Akına dəstək: "Arxayın ol, səni vuran da, vurduran da tapılacaq"

img

27-09-2024 [13:35]


Məluim olduğu kimi, "Fənərbağça"nın və milli komandanın sabiq futbolçusu və şərhçi Serhat Akın İstanbulun Beykoz bölgəsində qatıldığı verilişdən çıxarkən ayağından güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son aylar "Fənərbağça" rəhbəri Ali Koçu sərt ifadələrlə tənqid edən Serhat Akının güllələnməsi ölkədə böyük rezonans doğurub.

Məlumata görə, keçmiş futbolçuya dəstək mesajlaarı verənlər arasında keçmiş hakim və məşhur idman şərhçisi Ahmet Çakarın sözləri isə diqqət çəkib.

O, silahla hücuma məruz qalan "Fənərbağça"nın sabiq futbolçusu Serhat Akına dəstək mesajında yazıb: “Tez sağal, Serhat qardaş. Qorxma, geri addım atma. Polisin vəzifəsi atəş açanları tapmaqdır, amma əsas olan sifarişçidir".

Şərhçi daha sonra 20 il əvvəl özünün güllələnməsindən söz açıb: “20 il əvvəl belimdən və qarnımdan 5 güllə yarası aldıma. Məni vuran da, vurduran da tutulmadı. Amma rahat ol, səninkilər tapılacaq".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR