35 dəqiqə gecikən oyun, qırmızı kart və.... - "Qarabağ" "Tottenhem"ə uduzdu (Yenilənib)

img

27-09-2024 [01:28]


Bu gün Avropa Liqasının Liqa mərhələsinin ilk turuda "Qarabağ" səfərdə 35 dəqiqə gecikməylə "Tottenhem"lə meydanda "döyüş"ə çıxıb.

Mia.az xəbər verir ki, Londonda tıxac səbəbindən 35 dəqiqə gec başlayan oyunun  7-ci dəqiqəsində ingilis komandasının futbolçusu Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə qırmız kartla meydandan qovulub.

Bundan 5 dəqiqə sonra isə 10 nəfərlə oynayan "Tottenhem" hesabı açıb.

Brennan Conson"Qarabağ"ın qapısına yol tapıb - 1:0.

53-cü dəqiqədə ingilislər daha bir qol vurub - 2-0.

58-ci dəqiqədə isə "Qarabağ" penalti qazanıb. Lakin Toral Bayramov penaltini qola çevirə bilməyib. O, topu yana vurub.

68-ci dəqiqədə "Tottenhem" fəqri artırıb - 3:0

Oyun bu hesabla başa çatıb.

Fərid Aslan

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR