"Ayaks"ın baş məşqçisi: "Bizi çox çətin oyun gözləyir"

img

26-09-2024 [00:08]


UEFA Avropa Liqasının ilk turunda bu gün "Beşiktaş"ı qəbul edəcək "Ayaks"ın baş məşqçisi Françesko Farioli mətbuat konfransında sualları cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Beşiktaş"ın yeni məşqçi ilə bu mövsüm çox yaxşı oynadığını xatırladaraq, gərgin oyun olacağını söyləyib:

""Beşiktaş" bu mövsüm çox fərqlidir. Yeni Baş məşqçi və oyunçuları var. Böyük bir tarixi var. Rafa Silva, Əl Musrati kimi çox təhlükəli oyunçuları alıblar. Biz çox çətin oyun gözləyir. Lakin bu o demək deyil ki, biz qorxaq oyun oynayacağıq. İstanbul klubuna hörmətlə yanaşırıq, ancaq çəkinmirik".

Hollandiyalı həmkarı Giovanni van Bronckhorstun "Beşiktaş"da böyük işlər gördüyünü vurğulayan italiyalı çalışdırıcı daha sonra deyib: "Onu gördüyü işlərə görə təbrik edirəm. "Qalatasaray"ı 5-0 məğlub edərək Superkuboku qazandılar. Liqada yaxşı nəticələr əldə edirlər. Oyun üslublarını  çox dəyişiblər...".

Xatırladaq ki, oyun Bakı vaxtilə saat 23.00-da oynanılacaq. 

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR