Ankarada qədim dövrə aid 1487 sikkə ələ keçirilib - FOTO

img

26-09-2024 [09:05]


Ankarada oğurlanmış 1487 sikkə ələ keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə paytaxtın Jandarma Komandanlığı məlumat yayıb.

Bildirilib ki, əməliyyat paytaxtın Beypazarı rayonunda keçirilib: "Tarixi əsər qaçaqmalçılılarına qarşı keçirilən əməliyyatlaı 1487 sikkə və bir boyunbağı aşkarlanaraq götürülüb. Əməliyyat zamanı şübhəlilər A.Ü və M.Y-nin həmin sikkələri 500 min dollara satmaq istədikləri müəyyən olunub".

Xəbərdə deyilir ki, müsadirə olunan qiymətli tarixi sikkələrdən 1450-si  Roma dövrünə aid bürünc, 31-i Osmanlı dövrünə aid gümüş, 6-sı qədim Perqamona aid gümüş və bir ədəd Finikiya dövrünə aid boyunbağı olub.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:09 03.12.2024

Sabah yağış yağacaq