Borrell: "BMT TŞ və biz təcili olaraq müharibəyə gedən yolu kəsməliyik"

img

24-09-2024 [17:19]


Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell İsrailin Livandakı hücumlarına etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, İsrailin Livandakı hücumlarına görə insan itkilərinin həyəcanverici həddə çatdığını deyib.

Nyu-Yorkda BMT-nin tədbirinə qatılan Aİ rəsmisi bildirib ki, BMT Təhlükəsizlik Şurası təcili məsələyə müdaxilə etməli və daha geniş müharibəyə gedən yolu kəsməlidir: "Təhlükəsizlik Şurası öz rolunu oynamalıdır. BMT TŞ və biz təcili olaraq müharibəyə gedən yolu kəsməliyik".

Borrell daha sonra hər iki tərəf atəşkəs rejiminə çağırıb.

Xatırlaadq ki, dünəndən bu gün səhərə qədər İsrailin Livana hücumlarlnda 558 nəfər ölüb, 1835 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR