Ali Koçun səbri "partladı": "Məni gözlə" - Joze Mourinyo ilə yolları ayrılır?

img

24-09-2024 [15:16]


Derbidə "Qalatasaray"a 3:1 hesabı ilə uduzan "Fənərbağça"nın prezidenti Ali Koçun səbri "partlayıb".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, belə davam edərsə, komandanın baş məşqçisi Joze Mourinyo ilə yollarını ayıracağını gizlətməyib.

Türkiyə mətbuatı yazır ki, "Qalatasaray"a doğma meydanlarında 3:1 hesabı ilə uduzduqdan sonra "istefa" çağırışlarından qəzəblənən "Fənərbağça"nın prezidenti Ali Koç komandanın sabiq baş məşqçisi İsmayıl Kartala zəng eidb.

Ekol TV-nin iddiasına görə, Ali Koç İsmayıl Kartala "Bu mövsüm heç bir klubla müqavilə bağlama. Bir şeyə ehtiyacın varsa, de, amma heç bir klubla anlaşma, Məni gözlə", - deyə bildirib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR