Qlobal iqlim dəyişikliyi: səbəbləri və nəticələri
14-09-2024 [12:20]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Hazırda dünyanın bir nömrəli problemi kimi iqtisadi, hərbi və demoqrafik potensialından asılı olmayrayq bütün ölkələri eyni dərəcədə narahat edən qlobal iqlim dəyişkliyinə qarşı ümum mübarizəyə qoşulmuş Azərbaycan bu il COP29 kimi mötəbər beynəlxalq sammitə ev sahibliyi edəcək.
Dövlət başçımız, Prezident cənab İlham Əliyevin də bu barədə dəfələrlə vurğuladığı kimi Azərbaycana səfər edəcək 100 minə yaxın yüksək statuslu qonağın iştirakının gözlənildiyi belə genişmiqyaslı tədbir ölkəmizin iqtisadi gücü və təşkilatçılıq imkanlarından xəbər verir. Buna görə də qlobal iqlim dəyişikliyi, onu yaradan səbəbələr, nəticələri və birgə mübarizənin mahiyyəti barədə edilən çıxışlar maraq doğurur.
Qlobal iqlim dəyişikliyi, konkret olaraq qlobal istiləşmə bir təbiət hadisəsi olsa da elmi araşdırmalarla onun əsl mahiyyətində insanın iqtisadi fəaliyyətinin olduğunu görürük. Belə ki, planetin geoloji tarixinin araşdırılması nəticəsində məlum olur ki, qlobal temperatur artımına meyl XVIII yüzillikdən başlasa da son yüz il ərzində bu proses daha da sürətlənib. O vaxtlar, yəni ilk sənayeləşmə dövründən başlayaraq karğohidrogen mənşəli yanacağın istehlakının sürətlə artması əvvəlcə zavodların və kömürlə işləyən nəqliyyat vasitələrinin, sonra isə elektrik stansiyalarının sayının çoxalmasına səbəb oldu. Sonrakı dövrdə, yəni XIX əsrin ortalarından başlayaraq neftin və təbii qazın da istifadəyə cəlb olunması bir tərəfdən insanın minlərlə mədəni tələbatlarını ödəməyə yönəlsə də, digər bir tərəfdən bu, toxunulmamış təbiətin zərər görməsinə, təbii ekosistemin pozulmasına gətirib çıxarmışdır. Metan və digər karbohidrogen mənşəli enerji mənbələrindən kütləvi istifadə, həmçinin yaşıllıqların məhvi və plastiklərdən istifadənin həddən artıq artması nəticəsində yaranan istifaxana effekti Günəşdən gələn işığın bir hissəsini Yerdə tutub saxlamaqla iqlim dəyişikliyinə səbəb olmaqdadır.
Bu da öz növbəsində təbii ekosotemə uyğunlaşmış biomüxtəlifliyə ciddi ziyan dəyməsinə, buzlaqların əriməsinə və bununla da dənizlərin səviyyəsinin yükəsəlməsinə, nəticədə bəzi ada dövlətlərin yox olmasına, okeansahili ölkələrin quru ərazisinin azalmasına, qapalı su hövzələrinin qurumasına, çayların məcrasından kənara çıxmasına və ya qurumasına, anormal quraqlığa və ya həddən artıq yağıntıların düşməsinə gətirib çıxarır. Şübhəsiz, bütün bunlardan daha çox mənfi təsir insan həyatına dəyir, ərzaq və ekoloji təhlükəsizlik böyük risklərlə üzləşır. Odur ki, hər il daha da mürəkkəbləşən bu vəziyyətin əsl səbəblərinin işıqlandırılması, ekoloji baxımdan arzuolunmaz, ətraf mühit üçün risk daşıyan fəaliyyət və ya hərəkətlərin qarşısının alınması üçün təbliğat aparılması məqsədilə əhalinin ümumi ekoloji problemlər, həmçinin iqlim dəyişmələri, onların səbəbləri və real və potensial fəsadları haqqında əhalini məlumatlandırıması xüsusi əhəmiyyət daşıyır.
Hazırda qlobal iqlim dəyişkiliyi səbəbindən ciddi iqtisadi və sosial fəsadlar yaşanmaqdadır. Ölkələrin iqtisadiyyatına milyardlarla dollar zərərlər vuran iqlim dəyişikliyi torpaqların münbitliyinin korlanmasına, kənd təsərrüfatında məhsuldarlığını aşağı düşməsinə, milyonlarla insanın miqrasiyasına və sonuncu ilə bağlı ciddi sosial-siyasi problemlərə səbəb olur. Son illər ərzində ölkəmizdə də tez-tez rast gəlinən dağıdıcı leysan və sel kimi iqlim kataklizmləri planetdə landşaft örtüyünə zərər vurmaqda, infrastrukturu dağıtmaqdadır.
Orta ekvatorial qurşaqda rast gəlinən qar yağıntısı, qütblərə yaxın ərazilərdəki meşə yanğınları, yaxud içməli su mənbələrinin azalması da planet üzrə orta temperatur səviyyəsinin 1-1,5 dərəcə artması nəticəsində yaranan və qarşısı alımadığı zaman yaxın onilliklərdə daha da kəskin xarakter alacağı gözlənilən iqlim dəyişikliyinin nəticəsidir. Ümumilikdə isə ABŞ, Çin, Almaniya, Fransa, Hindistan kimi iri sənayeləşmiş ölkələrin təbiətə atıdığı karbon dioksid və metan qazlarının səbəb olduğu istixana effektindən əziyyət çəkən bütün digər ölkələr, eləcə də Azərbaycan kimi bu problemin yaranmasında çox az səbəbkar olan, ancaq problemdən daha çox əziyyət çəkən digər ölkələr, xüsusən ada dövlətləri üçün bu problem olduqca aktualdır. Belə ki, ölkəmiz istixana effekti yaradan qazların atılmasında cəmi 0,1 faiz paya sahib olduğu halda bu problemin həllində bundan 10 dəfədən artıq töhfə verməkdədir. Azərbaycan yaşıllaşdırma və dekarbonizasiya işlərinə ayırdığı ciddi diqqət və COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibi etməklə dünyada bu sahədə də öncül olduğunu göstərməkdədir.
Dünyanın gündəmini tutan iqlim dəyişikliyinin mahiyyəti onun qlobal miqyası ilə izah olunur. Hələ 1992-ci ildə BMT çərçivəsində Braziliyanın Rio-de-Janeyro şəhərində və 179 ölkəni təmsil edən 11 min nəfərə yaxın nümayəndənin iştirakı ilə keçirilmiş “Yer Sammiti”ndə qaldırılmış “gələcəksiz dünya” problemi təbii ehtiyatların, enerji mənbələrinin təkcə indiki nəsillərin rifahı naminə deyil, eyni zamanda gələcək nəsillərin də istifadəsi üçün yetə biləcək şəkildə sərf olunmasının vacibliyini qeyd edirdi. Sammitdə planetimizdə yaşıl enerjiyə keçid, karbon tullantılarının azaldılması, bir sözlə dayanıqlı inkişaf prinisplərinə əməl olunması qərarı alınmışdı.
Ümumilikdə, dayanıqlı iqtisadi inkişafa nail olunması üçün planetdə ekoloji vəziyyətin nəzarətdə saxlanılması, buna nail olunması üçün bütün dünya ölkələrinin hökümətlərinin, özəl sektorun və vətəndaşların birgə məsuliyyətinin formalaşdırılması və daha da artırılması bu beynəlxalq tədbirdə vurğulanmışdır.
Hazırda iqlim dəyişikliyəin qarşı mübarzə tədbirləri əksər ölkələrin milli inkişaf prioritetləri arasındadır. Doğrudur, ABŞ və digər bəzi ölkələr səbəb olduqları problemə görə dünyanın digər ölkələrinə ödəyəcəkləri məbləğdən yayınmaq üçün hələ də iqlim məsələləri üzrə konvensiyalara qoşulmağa inad göstərməkdə, Rusiya və ya Şimali Koreya kimi ölkələr hər gün havaya buraxdıqları uzaqmənzilli ballistik raketlərlə atmosferi çirkləndirməyə davam etməkdədirlər. Ancaq, ölkəmiz eləcə də bütün fəaliyyət istiqamətlərinini yaşıl dünya naminə quran digər sivil dövlətlər isə ortaq evimiz olan planetin qarşılaşdığı bu problemin həllində qarşıya qəti məqsədlər qoymuşlar. Uzun illər boyu Ermənisanın ekoloji terroruna məruz qalmış ölkəmiz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərini yaşıl enerji zonasına çevirməklə əslində, problemin kökündən necə həll oluna biləcəyinin örnəyini dünyaya göstərir.
Bu ərazilərin yenidən dirçəldilməsində ağıllı yaşayış məntəqələrinin yaradılması, su hövzələrindən səmərəli istifadə və kütləvi yaşıllaşdırma tədbirləri ölkəmizin ümumilikdə iqlim dəyişikliyinə qarşı mübarizədə öz imkanlarını necə səfərbər etdiyii göstərir. Neft və qaz ölkəsi olan Azərbaycanda alternativ enerji mənbələri hesabına güc stansiyalarının tikilməsi, elekrikli nəqiyyat vasitələrinə keçidin stmullaşdırılması, yanacaqla işləyən nəqliyyat vasitələrinə qarşı qoyulan ekoloji şərtlərin sərtləşdirilməsi, kənd təsərrüfatında mütərəqqi suvarma sistetminin, məişətdə enerjiyə qənaətli avadanlıqların tətbiqi, su sərfinin və plastik tullantıların gedərək azaldılması bütövlükdə cəmiyyətimizin dayanıqlı inkişaf yolunda nə dərəcədə məsafə qət etdiyini göstərir.
İnsan təbiətin bir parçasıdır və onun bütün sərvətləri düzgün istifadə olunduqda bəşəriyyətin bu günü və sabahı üçün uzun əsrlər boyunca yetəcəkdir. Lakin, unutmaq lazım deyil ki, ümumi evimiz olan Yer kainatda bir nöqtə qədər kiçikdir və Uca Yaradanın buraya bəxş etdiyi canlı həyatın da gələcəyinə məsuliyyətlə yanaşmalıyıq. Bütün canlı həyat üçün ən həssas amil isə münasib iqlimdir. Odur ki, saf iqlimi qorumaq gələcəyimizi qorumaq deməkdir.
MİA.AZ
"Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinlə görüş haqda açıqlama: "Müharibəyə son qoymaq üçün danışıqlara başlayacaq"
Baş nazir: "Bu ölkəyə "Eurovision"da qadağa qoyulmalıdır"
PUTİİNLƏ TRAMPIN 2 SAATDAN ÇOX ÇƏKƏN TELEFON DANIŞIĞI... - İlk açıqlama gəldi (Yenilənib)
Tramp bu ölkəyə güc tətbiq edə bilər - Ağ Evdən açıqlama
BAKIDA SENSASİYALI MƏHKƏMƏ PROSESİ: onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verilib
ZAKİR HƏSƏNOV İSRAİLƏ NİYƏ GEDİB? - Görüş + Müzakirə (FOTOLAR)
Şirvan və Hacıqabulda qaz olmayacaq
“Avroviziya-2025”: Azərbaycanın İsrailə 12 xal verməsi... - TƏHLİL
Keçmiş nazirin ölkədən çıxışı məhdudlaşdırılıb - Vergi borcu var
Saleh Səmədovun oğlu da vəzifədən çıxarılıb - İcra başçısı əmr verdi
Məhkəmə-Hüquq Şurasının yubiley medalı təsis olunacaq
Bako Sahakyan günahını etiraf etdi - Məhkəmə prosesi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Rəis könüllü vəzifədən getdi, aparat rəhbəri isə...
Zahid Oruc: "Ortaq bir qiymət tarifi yoxdur"
Petrosyanın çıxışı məhkəmədə dinlədildi: "Bir məqamı da qeyd etməyə bilmərəm ki..."
Rəis vəzifədən çıxarılıb
Cəlilabadda polis əməliyyatı: iki nəfər tutulub
"Toplum TV"nin əməkdaşları hakim qarşısına çıxarıldı
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
Prezident hərbi xidmətlə bağlı sərəncam imzaladı
Azərbaycan və İran hərbçilərinin birgə təlimdə - VİDEO
DTX-dən SENSASİYALI ƏMƏLİYYAT - Açıqlama + VİDEO
Sabahın hava proqnozu açıqlandı
"Veysəloğlu Şirkətlər Qrupu"nun rəsmiləri Asiya İnkişaf Bankının 58-ci illik toplantısında - FOTO
Karlen İskəndərova şərti cəza verildi - Şikayətçilər kimlərdir?
"Mənə deyirdilər ki, o boyda anan var idi, niyə gəlib-getmirdi?" - Məşhur aktrisanın oğlu
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb
Türkiyə-ABŞ-Suriya İşçi Qrupunun toplantısının yeri bilindi
Sahibə Qafarova İspaniyaya yollanıb
Dövlət İmtahan Mərkəzi qəbulla bağlı xəbərdarlıq yayıb
Qarabağda daha 1291.8 hektar ərazi minalardan təmizlənib
Rasim Balayev: "Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır” - "Anası prokuror olub, yaxşı yaşayıblar"
Bakıda gecə leysan yağacaq - Xəbərdarlıq
Rıza Çalımbayın komandası super liqanı tərk edib
Daxili İşlər Nazirliyi bank kartı olanlara xəbərdarlıq edib
"Tanışla, tapşırıqla uğur olmur vallah"
Məktəb direktoru 1000 manat cərimələnib
“Space” TV-nin direktoruna ağır itki üz verib
Zelenski Trampa məktub göndərib
Bakının bu ərazisini tez-tez su basır - VİDEO