Zaurun, Xoşqədəmin, Elgizin verilişləri bağlanacaq?
29-08-2024 [17:54]
Bu ilin mart-aprel aylarında televiziyalarda yayımlanan yüksək reytinqli bəzi sosial verilişlər tənqid hədəfi oldu.
Bu proqramların gənc nəslin tərbiyəsinə, orta yaşlı insanların psixologiyasına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərdiyi, ailə institutunu zədələdiyi deyildi. Ona görə həmin verilişlərin qapadılmalı, efirdən yığışdırılmalı olduğu fikri irəli sürüldü. İlkin olaraq proqramların efir vaxtının azaldılmasına başladıldı.
Bəs bu məsələdə son durum necədir? Ötən mövsümdə tənqid edilən və vaxtı azaldılan həmin verilişlər yeni sezonda bağlana bilərmi? Ümumiyyətlə bu kimi tənqid edilən layihələrə nə kimi alternativlər təqdim oluna bilər?
Mia.az news24.az-a istinadən bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib ki, televiziya hər bir vətəndaşın evinə daxil olur, dünyagörüşünə təsir edir:
"İctimai şüura təsir edə bilən ən mühüm vasitədir. Burada ictimai-siyasi proseslər barədə dolğun, düzgün məlumatların yayılması, maarifləndirici proqramların olması vacibdir. Əyləncə xarakterli verilişlərin özü də müəyyən prinsiplərə söykənməlidir. Əyləncəli proqramlar adı ilə yad dünyagörüşlü, yad əxlaqlı, milli-mənəvi dəyərlərə zidd məzmunun yayılması xoş olmayan hadisədir.
Bu baxımdan milli telekanallarda bayağı, ucuz şou proqramların yayımlanmasını əksəriyyət qınayır. Bu verilişlərə çəki-düzən verilməsi yaşadığımız dövrdə daha vacibdir. Çünki qloballaşma prosesi milli dəyərləri ciddi şəkildə təhdid edir. Belə bir şəraitdə bəzi telekanallar milli dəyərlərimizin qorunub saxlanılmasına, modernləşdirilib yeni dövrə ötürülməsinə yardım göstərmək əvəzinə, bayağı verilişlərə yer ayırıb, əksinə hərəkət edirlər".
M.Ələsgərlinin fikrincə, onların öz proqram və efir siyasətlərində dəyişiklik etmələri zəruridir:
"Bu kontekstdə yanaşsaq, bu ilin əvvəlində açılan müzakirələri, şou xarakterli verilişlərin tənqid edilməsini yüksək dəyərləndirirəm. Amma o da faktdır ki, 10 illər ərzində formalaşmış yanlış efir siyasətini bir günün içində kökündən dəyişmək imkansızdır. Bu cür dəyişikliklər peşəkar kadr resursuna, maddi imkanlara və sair zəruri elementlərə bağlıdır. Yəni, yeniləşmə təkcə efir siyasətindən asılı deyil, həm də resurslara bağlı bir məsələdir. Bu baxımdan hesab edirəm ki, əyləncə xarakterli peşəkar proqramların ərsəyə gətirilməsi zaman alacaq. Əsas budur ki, ortada yeniləşməni tələb edən ictimai sifariş və bu sifarişi real dəyərləndirən telekanallar vardır. Tendensiya varsa, nəticəsi də olacaq".
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər