“Araz Supermarket”in barəsində protokol tərtib olunub

img

22-08-2024 [15:09]


Azərbaycanın aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “Araz Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

“Araz Supermarket” barəsində tərtib olunan protokola Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi OBA və SPAR supermarketəri ilə birgə ölkənin tanınmış şirkətlərindən olan “Veysəloğlu” şirkətinə bağlıdır. 2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi Talıbov Aydın Veysəl oğludur.

Mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir.

Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb. Yeniavaz


Digər xəbərlər
SON XƏBƏRLƏR