MÜXALİFƏTDƏN KİMLƏR DEPUTAT OLACAQ? - Sərdar Cəlaloğlundan sensasiyalı iddialar (MÜSAHİBƏ)
13-07-2024 [18:03]
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “AzPolitika”-ya müsahibəsində seçki prosesi, Naxçıvan Muxtar Respublikasında siyasi dəyişikliklərdən sonrakı vəziyyət və ölkə gündəminin başqa mövzuları ilə bağlı sualları cavablandırıb.
Mia.az həmin müsahibəni təqdim edir:
- Sərdar bəy, ilk olaraq seçkilərdən başlayaq. Demokrat Partiyası olaraq seçkidə iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmisinizmi? Seçkidə neçə namizədlə iştirak edəcəksiniz?
- Nizamnaməyə uyğun olaraq partiya Məclisimizi çağırmışıq. Müvafiq sənədləri MSK-ya təqdim etmişik. Təxminən 25-ə yaxın partiya üzvünün namizədliyini irəli sürmüşük. Hazırda bu nümayəndələrimiz üçün sənədlər hazırlanır. Partiyadan namizədlik verənlər sadə şəxslərlə müqayisədə daha çox sənəd təqdim edirlər. Hər bir namizəd üçün Məclisin qərarı, partiyanın nizamnaməsi olmalıdır və s. O sənədləri hazırlamışıq. Müvafiq dairələrə təqdim etdikdən sonra imza toplamağa başlayacağıq.
- Siz öz namizədliyinizi hansı dairədən verəcəksiniz?
- Mən namizədliyimi 5 saylı Şahbuz- Kəngərli - Babək Seçki Dairəsindən irəli sürmək istəyirdim. Bunu elan etdikdən sonra mənə çoxsaylı zənglər gəldi. Bilirsiniz, mən Xalq Cəbhəsinin rəhbəri olmuşam, həkim kimi çalışmışam. Bu regionda demək olar ki, məni tanımayan, sevməyən adam yox dərəcəsindədir. Təkcə öz kəndimizin səsi mənim qalib gəlməyim üçün kifayət edir. Açığı, bəzi şərtləri öyrənəndən sonra tərəddüd edirəm. Ümumiyyətlə, seçkidə şəxsən öz iştirakımla bağlı tərəddüdlərim var. Yəqin ki, bir-iki gün ərzində mövqeyimi açıqlayacam.
- Siz tərəddüd edirsinizsə, partiyanın seçkiyə qatılan 25 namizədi nəyə ümid edir?
- Ümumiyyətlə, seçki nəzəriyyəsinə görə siyasi qüvvələr iki prinsip üçün seçkidə iştirak edir. Birincisi, sən bütün maliyyə, insan resursları və s. imkanları nəzərə alırsan və hakimiyyətin seçkini saxtalaşdırmasına qarşı artıq kifayət qədər güclü olursan. Azərbaycanda hakimiyyətin dinc yolla ötürülməsinin heç bir təcrübəsi yoxdur. Əbülfəz Elçibəy silahla, Heydər Əliyev də Sürət Hüseynov qiyamının nəticəsi olaraq hakimiyyətə gəldi. Ondan sonra 30 ildir Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməyib. O cümlədən parlamentin tərkibində də 30 ildir ki, ciddi dəyişiklik yoxdur. Yəni, 3-5 nəfər ənənəvi olaraq dəyişir, onların da parlamentə düşməsi formal olaraq seçki ilədir. Azərbaycanda bu proses hələ ki, davam edir.
- Seçkidə iştirak etsəniz Naxçıvandan namizəd olmağı düşünürsüz. 5 saylı Seçki Dairəsindən isə YAP-dan ardıcıl olaraq Siyavuş Novruzov mandat alır və bu dəfə də iddialıdır. Hakim partiya çox güman, yenə onun namizədliyini irəli sürəcək. Bu barədə nə düşünürsünüz?
- Mənim Qarabağ müharibəsi veteranı olan rəhmətlik böyük qardaşım - yeri gəlmişkən, oğlu da şəhid oldu - ona alternativ olmuşdu. Əlil arabasında bütün kəndələri bir-bir gəzdi. Hansı ki, Siyavuş Novruzov o kəndlərə ayağını da qoymamışdı. Kifayət qədər səs topladı və seçkinin nəticələrinin total saxtalaşması ilə bağlı faktları topladı, yerli məhkəməyə, sonra Avropa Məhkəməsinə göndərdi. Yəni Siyavuş Novuruzovun mandat almasında belə biabırçılıqlar aşkar olundu. Qardaşım bunun hamısını fiks eləmişdi. Bülletenləri saymadan aparmışdılar. Ona görə deyirəm ki, biz ənənəvi bir seçkiyə gedirik kimi əhval-ruhiyyədəyik. Öz çıxışlarımda da demişəm ki, ölkədəki vəziyyət və beynəlxalq vəziyyət Azərbaycanda ciddi, demokratik seçkilərin keçiriləcəyinə dair işartı vermir. Çünki son vaxtlar Azərbaycan Qərbdən kifayət qədər uzaqlaşır, Çinə və Rusiyaya daha çox meyl edir. Çin və Rusiyanı da nə demokratiya maraqlandırır, nə də tərəfdaşlarını demokratik bir ölkə görmək istəyirlər. Onların başlıca düşməni demokratik ölkələrdir. Azərbaycan da artıq daha çox Asiyaya doğru meyllənir. Vaxtilə Ramiz Mehdiyevin dövründə “Misir modeli” vari idi. Düşünürdülər ki, Misirdəki kimi bir rejim yaratsınlar. Hüsnü Mübarək devriləndən sonra geri çəkildilər. Bu modeldən imtina edib, yeni model axtarışına çıxdılar. İstədilər totalitar Asiya ölkələrinin modelini tətbiq etsinlər...
Yəni siyasi reallıq belədir. Ona görə də, düşünürəm ki, yeni seçkilərdən sonra parlamentin tərkibi 90 faiz dəyişməyəcək.
- Yəni köhnə deputatlar yenə qalacaq?
- Köhnə deputatların 90 faizi qalacaq. Hökumət 3-5 nəfəri dəyişəcək.
- Kimlərin dəyişəcəyini ehtimal edirsiniz?
- Biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfər, Ağ Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq.
- Bəs İsa Qəmbərin şansı varmı?
- İsa Qəmbərin namizəd olacağını düşünmürəm.
- Amma iddia olunur ki, Adil Əliyevin “boşaltdığı” 20-ci Seçki Dairəsindən namizəd olacaq...
- Onların Məclisinin qərarı olub. Qərarda İsa Qəmbərin və Arif Hacıyevin namizədliyi yoxdur. Görünür, hökumət Müsavatı da parlamentə buraxmaq istəyir, amma birinci və ikinci şəxs qismində yox. Üçüncü və dördüncü şəxsləri, ya da vaxtilə parlament təcrübəsi olan adamları buraxmaq istəyirlər...
- Arzu Səmədbəyli kimi...
- Bəli.
- Dediyinizdən belə çıxır, AXP sədri Pənah Hüseyn də seçilməyəcək?
- Yox
- Bəs Asim Mollazadə ilə Fəzail Ağamalı?
- Fəzail Ağamalının partiyasından kimsə gedəcək. Sabir Rüstəmxanlının yerinə həyat yoldaşı gələcək. Siyahı bizdə var...
- Bəs parlament rəhbərliyində dəyişiklik olacaqmı?
- Fəzail İbrahimli çox güman ki, müavin olmayacaq. Onun yerinə isə Fazil Müstafa keçəcək. Spiker Sahibə Qafarova öz postunda qalacaq. Dediyim kimi, parlamentdə ciddi bir dəyişiklik gözlənilmir.
- Bəs, Asim Mollazadə? O, İlqar Məmmədovla eyni dairəyə düşür...
- Ola bilsin bu dəfə Asim Mollazadəni seçkiyə buraxmasınlar. Əli Məsimli və Tahir Kərimlinin də seçkidə iştirakı gözlənilmir. Çünki bu 6 nəfəri müxalifət adı ilə parlamentə yerləşdirmək lazımdır.
- Bəs Ümid Partiyasının sədri İqbal Ağazadə?
- Məncə İqbalı da buraxmayacaqlar.
- Rauf Arifoğlunun şansı varmı?
- Azərbaycanda söhbət şansdan getmir, hökumətə münasibətdən gedir. Rauf Arifoğlu kifayət qədər hökumətə yaxındır və onun siyasətini mətbuatında ciddi şəkildə həyata keçirir, bunu gizlətməyə ehtiyac yoxdur. Hətta lazım gələndə milli maraqlarımıza zidd mövqeləri də müdafiə edir. Bu baxımdan, iqtidarın fəlsəfəsindən Arifoğlu qədər parlamentə düşməyə haqq qazanan ikinci bir adam yoxdur...
- Sərdar bəy, siyasi postlarda dəyişikliklərdən sonra Naxçıvanda durum necədir?
- Dəhşət! Naxçıvanda hakimiyyət dəyişikliyi olsa da, ictimai-siyasi həyatda heç bir dəyişiklik baş verməyib. Vasif Talıbov Naxçıvanda işsizliyi aradan qaldırsa, bir qədər də qanunçuluğu möhkəmləndirsəydi, onun kimi rəhbər şəxs olmazdı. Naxçıvanda çox böyük abadlıq işləri gördü. Amma buna paralel korrupsiya, işsizlik və hüquqsuzluq Naxçıvanda camaatı üsyan həddinə çatdırmışdı. Ancaq Naxçıvanın çox böyük geopolitik üstünlüyü var. Balaca bir bölgə olsa da, üç dövlətlə həmsərhəddir. Türkiyə və İrana gedən tranzit yolların üzərindədir. Amma korrupsiya, qohumbazlıq, yarıtmaz və savadsız insanların hakimiyyətə gətirilməsi, polisin, prokurorluğun, məhkəmənin özbaşınalığı Naxçıvanda elə bir vəziyyət yaratdı ki, camaat kütləvi şəkildə oranı tərk etdi. Bu gün İstanbulda Naxçıvan kəndlərinin adı ilə olan məhəllələr var. İnsanlar köçüb gedib, qul kimi ağır şəraitdə orada çalışıb, ailərini dolandırırlar.
- Dəyişiklik niyə yenilik gətirmədi ki?
- Çünki hakimiyyətin dəyişilməsi, xalqın iradəsi ilə olmadı. Sadəcə olaraq Vasif Talıbov elə addımlar atırdı ki, indiki hakimiyyətin gələcək planlarına çox böyük təhdid yaradırdı. Kfayət qədər nəhəng pul, ətrafına adamlar toplamışdı və hətta bir çox məsələlərdə Bakıya tabe olmurdu. İranla Azərbaycanın arası dəyən zaman belə Vasif Talıbov İranla əlaqələrini yüksək xətlə inkişaf etdirmişdi...
Digər tərəfdən, Naxçıvan getdikcə müstəqil dövlətə çevrilmişdi. Naxçıvandan ölkənin digər hissəsinə gələn hər şey gömrük xidmətinə tabe etdirilmişdi. Az qala mərkəzi hakimiyyət ora kadr təyin edə bilmirdi, hamısını Talıbov təyin edirdi. O, vaxtilə Heydər Əliyevlə olan münasibətlərindən sui-istifadə edirdi və orada öz istədiyi adamları qoyurdu. Ona görə də Naxçıvandakı hakimiyyət dəyişikliyindən Muxtar Respublikanın indiki hakimiyyəti bəhrələndi...
- Yəni buna bəhrələnmək demək olarmı?
- Bəli. Klanlar arasında toqquşma gedirdi. Bu toqquşmada Vasif Talıbovu müdafiə edən klan Ramiz Mehdiyevin klanı idi.
- Vasif Talıbov devriləndən sonra əmlakı əlindən alınmış, müxtəlif haqsızlığa uğramış xeyli sayda sahibkar ortaya çıxdı. Onlar ümidlənmişdilər ki, məhkəmə yolu ilə hüquqlarını bərpa edəcəklər...
- Bir-iki nəfər cəhd etdi. Amma ciddi nəsə dəyişmədi. Yeni rəhbərlik də bu barədə addım atmadı. Əksinə, öz kəndçilərini ora-bura yerləşdirib, qohum-qardaşını vəzifələrə qoydu. Yəni o adam özü də burada vəzifədə çox pis ad çıxarmış biri idi. Elə bir adamın Naxçıvan kimi yerə bir səlahiyyətli nümayəndə təyin edilməsi nəyi dəyişə bilər? Naxçıvan Muxtar Respublikasında kifayət qədər millətini, xalqını sevən, uzaqgörən təfəkkürə malik insanlar var idi. Amma o adamların heç biri ağla gəlmədi və yenə də müəyyən bir prinsip əsasında adam seçdilər.
- Gələcəklə bağlı da belə pessimistsiniz?...
- Mən təkcə siyasətçi deyiləm, həm də sosial tədqiqatlar aparan, fəlsəfədən, siyasətdən kitablar yazmış biriyəm. Verdiyim proqnozların heç biri yanılmayıb. Niyə? Çünki nəzəri olaraq bilirəm ki, nə vaxt, nə olacaq? Bu mənada Azərbaycanda yaxın gələcəkdə heç bir müsbət dəyişiklik olmayacaq. Çünki bizim hansı müstəviyə meylləndiyimiz bəllidir. Şanxay təşkilatı hansı təşkilatdır?...
- Bəlkə indiki geopolitik savaş dönəmində hansısa siyasi manevrlərə ehtiyac yaranıb?
- Mən düşünmürəm ki, bunlar siyasi manevrlərdir. Çünki böyük sürətlə Ermənistan Avropaya inteqrasiya edir. Gürcüstan Avropa ilə münasibətlərini pozub. Qafqazda Avropaya ən yaxın olan Gürcüstanda ruspərəstlər hakimiyyətə gəldi. Azərbaycan isə fərqli bir yol tutub. Yəni bu baxımdan, Ermənistan bölgədə dünyanın ən mütərəqqi gücləri tərəfindən dəstəklənən bir dövlət olacaq...
- Siz vaxtilə “beşinci kolon”un Azərbaycan parlamentində, hökumətindəki anti-milli fəaliyyətindən açıq danışmısınız. Növbəti parlamentdə “beşinci kolon”un təsirini görəcəyikmi?
- Hələlik Azərbaycanda Rusiyanın təsiri artıb. Şəxslər üzərində yox, dövlət siyasətində bu görünür. Əvvəllər şəxslər üzərində idi. İndi Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli emisarlar çalışırlar ki, dövlət onların nəzarətindən çıxmasın.
- Quru sərhədlərin payızda açılacağı gözlənilirmi?
- Quru sərhədlərin bağlanmağı monopoliya ilə bağlıdır. Rəqabət Məcəlləsi ilə bağlı qərar qəbul olunub. Elədirsə, bunu seçkilərə tətbiq etsinlər. Baxaq, görək, seçkidə işə yarayır, ya yox...
İkincisi, nəqliyyata baxaq, görək quru, hava və dəniz yolunda azad rəqabət olur, ya yox? Quru yol bağlıdısa, necə rəqabət olacaq? Bir tərəfdən məcəllə qəbul etmişik, digər tərəfdən də rəqabət şəraiti yoxdur...
MİA.AZ
Rəsmi Bakıdan Abxaziya bölgəsindəki qondarma seçkiyə - Reaksiya
Ceyhun Bayramov Türkiyə XİN başçısı ilə görüşüb - Almaniyada
Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır
Rövnəq Abdullayev yenidən futbol sektoruna dönür
Mingəçevirdə qatar maşınla toqquşub
"Turan" yeni formatda geri qayıdır: "İndiyə qədər təxminən ildə 140 min abunəçidən ödəniş yığırdıq" - Mehman Əliyevdən açıqlamalar
İki şirkətin lisenziyalarına xitam verilib
Rusiyada güclü zələzlə olub - 5,7 maqnitudada
Aİ Şurasının Prezidenti Zelenski ilə görüşdə: "Sizinlə bir yerdəyik"
Sübhan Talıblı: "Ermənilərin tarixi reallıqlarla barışmaqdan başqa çarələri yoxdur"
Azərbaycan Ermənistan arasında növbəti razılıq əldə olunub - Şahin Mustafayevlə Qriqoryan müzakirə aparıblar
TFF qərar verdi - Bundan sonra oyunu yarımçıq tərk edən komandaları daha ağır cəza gözləyəcək
Erməniəsilli şəxslər yenidən hakim qarşısında - Məhkəmə prosesi
"Bavariya" Camal Musiala ilə müqavilənin müddətini uzadıb
Ceyranbatan gölünə kanalizasiya suyu axıdılır? - Şok görüntüyə rəsmi reaksiya + VİDEO
UEFA Gənclər Liqası: "Trabzonspor"un rəqibi bəlli oldu
"Bakı Metropoliteni"nin böyük məbləğdə borcu yaranıb
İlham Əliyev Suriya prezidentinə məktub göndərdi: "Bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırıq"
İraqda bir şəhərdə türk dili rəsmi dil oldu - Açıqlama
Dövlət Xidmətində hərrac: “BMW 740” 21 400 manata satılıb
Rektor İradə Xəlilova istefa verib
İrəvan ermənilərin Qarabağa qayıtmasını istəmir, çünki... - TƏHLİL
Şamaxıda 50 yaşlı kişi dəm qazından boğulub
Bakıya ayın sonunda qar yağacaq
Ərdoğandan növbədənkənar seçki tələbinə reakisya: "Bunlar yatıb-durur, seçki deyir...."
Selçuk İnan: "Bu oyundan qələbə ilə ayrılmaq istəyirik"
Rəssam Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - Sərəncam
Azərbaycan Premyer Liqasında növbəti turun təyinatları açqılanıb
Onlar parlamentin ən yaşlı deputatlarıdır - SİYAHI
HƏMAS: "Üç israilli girovu sabah azad edəcəyik"
Kamran Əliyev vətəndaşları qəbul edib - FOTO
Keçmiş səfirimiz İngiltərədə həbs olunub - Qadınlara sataşan Rəfael İbrahimov kimdir? (YENİLƏNİB)
Ürəyindən əməliyyat olunan Baxçalı evə biuraxılıb
GDU-nun “ÜTF və Texnologiya" Kafedrasında "Təhsildə yeni metod - STEAM” mövzusuna elmi seminar keçirilib - FOTOLAR
“Medera Hospital” MMC, “Abbasoğlu İnşaat”, “Yol Tikintiservis”.. - Bu şirkətlər cəzalandırılıb
PA rəhbəri yeni sədri kollektivə təqdim edib - FOTOLAR
Zelenski: "Rusiya Çernobıl Atom Elektrik Stansiyasına hücum edib"
Daha 18 yaşlı gənclər silah ala bilməyəcək - Yaş həddi qalxır