“OBA Market”ə qarşı məhkəmə iddiası qaldırılıb

img

09-07-2024 [18:03]


Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələrindən olan “OBA Market”ə qarşı məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, “OBA Market”ə qarşı qaldırılan iddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, “OBA Market” barəsində iddia “Real Estate Management” MMC tərəfindən qaldırılıb. İddia icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “OBA Market” MMC-nin nizamnamə kapitalı 100 manatdır. 2016-cı ilin iyun ayının 17-də dövlət qeydiyyatına alınan “OBA Market” MMC-nin qanuni təmsilçisi İbrahimova Natəvan Yusif qızıdır.

Onu da bildirək ki, OBA marketləri “Araz” və SPAR supermarketəriylə birgə “Veysəloğlu” şirkətinə bağlıdır. “OBA Market” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır.

“OBA Market” MMC barəsində iddia qaldıran “Real Estate Management” MMC isə 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 750 min 100 manat olan MMC-nin hüquqi ünvanı Nəriman Nərimanov pr., ev 206, məhəllə 466-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sultanov Emil Rauf oğludur.

“Real Estate Management” MMC-nin yerləşdiyi hüquqi ünvanda –  Nəriman Nərimanov pr., ev 206 –da əvvəllər “Gilan Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub. Hazırda Sultanov Emil Rauf oğlu “Gilan Zeytun” MMC-nin də qanuni təmsilçisidir. Daha əvvəl isə “Gilan İnşaat” MMC-yə rəhbərlik edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR