Çempionlar Liqası: "Real Madrid"la "Bavariya" oyununda 4 qol var (Yenilənib)

img

01-05-2024 [00:50]


Bu gün UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropanın iki nəhəng klubu "Bavariya" və "Real Madrid" Almaniyada ilk matçda üz-üzə gəlib.

Saat 23.00-da başlayan oyunun 24-cü dəqiqəsində "Real"dan Vinicius hesabı açıb - 0:1.

İlk hissiə bu hesabla başa çatıb.

53-cü dəqiqədə "Bavariya" Sanenin qolu ilə hesaba tarazlıq gətirib - 1:1.

57-də isə "Bavariya" Keyn penaltidən vurduğu qolla hesabda önə çıxıb - 2:1

Lakin 83-cü dəqiqədə Vinicius yenidən səhnəyə çıxıb və hesabı bərabərləşdirib - 2:2.

Oyun bu hesabla biitb.

Onu da qeyd edək ki, türkiyəli Arda Gülər "Real Madrid"in ilk 11-liyində yer almayıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR