BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
28-04-2024 [23:26]
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Mia.az xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.
Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.
Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.
ŞUŞAYA DAHA 38 AİLƏ KÖÇÜRÜLDÜ -Yeniənib
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - İcra Hakimiyyətindən xəbərə reaksiya (YENİLƏNİB)
APRELIN “ULDUZ”U ÇAP OLUNDU
Prezident İlham Əliyev Çin Xalq Siyasi Məşvərət Şurasının rəsmisini qəbul edib - FOTOLAR
“Kızılcık Şerbeti” serialının "Nilay"ı narkotik sfariş verdi, daha sonra isə... - Film kimi olay
Ömər Kerkez Türkiyə Ali Məhkəməsinə sədr seçildi
Putin Çinə gedir - Açıqlamalar
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı
Sabahın hava proqnozu açıqlandı
Cavid Qurbanovun oğlu vəzifədən çıxarıldı - Prokurorluqda dəyişiklik
Daxili İşlər Nazirliyindən sosial şəbəkələrdəki dələduzluq halları ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dövlət Xidməti qumar oyunlarının reklamı ilə bağlı xəbərdarlıq edib
Xəzər dənizində 26 kiloqram marixuana tapılıb
Konfransı Liqası: final oyununun hakimi bəlli oldu
Prezident ATƏT sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTOLAR (Yenilənib)
Ançelotti: "Bilirəm gec-tez sərt tənqidlər olacaq" - "Arda Gülərə çox zaman versəydim..."
Rəsmi Bakıdan İsrailə mesaj: "Sizi təbrik edir və..."
Əlillik göndərişlərinin verilmə qaydası dəyişib
Nemət Pənahlı oğlu qanunu pozub - Məhkəmə çəkişməsi
Azərbaycan nefti ucuzlaşıb
Trampın vəkili sirləri açdı: "Tramp panika düşmüşdü, dedi ki, ortaya xeyli qadınlar çıxacaq və..." - Bir gecəlik sekslə bağlı məhkəmə prosesi
Əziz Yıldırım geri dönür: "Mourinyoya 2 saatlıq görüşdə dedim ki..."
İsrailin Qəzzaya hava hücumu: daha 14 fələstinli ölüb
Pakistanın baş naziri partiya sədri vəzifəsindən istefa verib - Qardaşı yerinə gəlir
İraqın şimalidan qaçan iki terrorçu Türkiyəyə təslim olub - Açıqlama
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu barədə sensasiyalı iddia yayıldı - "Tək qızımıza..." - FOTOLAR
Misir XİN başçısı Blinkenlə görüşdə: "İsrail artıq regional təhlükəsizliyi təhdid edir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb
Prezident daha üç rəsmi qonağı qəbul edib - FOTO (Yenilənib)
Qarabağ zonasında daha 880.3 hektar ərazi minalardan təmizlənib
Sabiq deputat barədə həbs-qətimkan tədbiri dəyişdirilməyib - "Yaşımı və ailə vəziyyətimi nəzərə alın..."
Ermənistan XİN başçısı: "Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" - "Bu, Cənubi Qafqazda daimi sülhə imkan yaradacaq"
"Avroviziya 2025" hansı şəhərdə keçiriləcək?
"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı