AQTA “OBA”nın da qida təhlükəsizliyi qeydiyyatını ləğv etdi

img

13-02-2024 [10:57]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi və ya hüquqi adı ilə “Oba Retail Chain” MMC-nin 15 dekabr 2023-cü il tarixli 04-Q-00355 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

Mia.az
Banker.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

“OBA Retail Chain” MMC-nin qida təhlükəsizliyi qeydiyyatının ləğv edilmə səbəbi açıqlanmayıb.

Onu da bildirək ki, subyektin qeydiyyatının ləğvi üçün əsaslar aşağıdakılardır:

– subyekt tərəfindən ləğvedilmə barədə ərizə təqdim edildikdə;

– hüquqi şəxs olan subyekt (və ya onun nümayəndəliyi, filialı) ləğv edildikdə;

– fiziki şəxs olan subyektin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

– məhkəmənin müvafiq qərarı olduqda;

– qeydiyyat üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq