"Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi, öləndən dərhal sonra..." - Əmi uşaqları arasında sensasiyalı qalmaqal
19-12-2023 [10:27]
Hədə-qorxu ilə şantaj etməkdə təqsirləndirilən Vüsal Axundovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun icraatında araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq prosesi dekabrın 21-nə təyin edilib.
İttihama görə, Vüsal Axundov hüquq-mühafizə orqanlarının birində işləyən əmisi oğlu Emin Axundovu kriminal aləmdə "Lotu Quli" kimi tanınan mərhum Nadir Səlifovun adından şantaj edib. Emin Axundovun dediyinə görə, bu şantaj nəticəsində 12 milyon manatlıq pul və əmlakı əlindən alınıb.
Onun şikayəti əsasında öz əmisi oğlu Vüsal Axundov cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılıb və Cinayət Məcəlləsinin 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinən Vüsal Axundov 14 il azadlıqdan məhrum edilib.
Həbsindən öncə ədliyyə sistemində çalışan Vüsal Axundov isə özünü təqsirli bilmir, ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə deyib ki, əmisi oğlunun “Lotu Quli”nin tələbiylə pul və əmlaklarını verməsinin ona heç bir aidiyyəti yoxdur. O, məhkəmədən bəraət istəyib.
Zərərçəkmiş qismində tanınan Emin Axundov məhkəməyə gəlməyib, onu vəkili təmsil edib. O, istintaqa ifadəsində deyib ki, əmisi oğlu onun qazancını, sahib olduğu pul və əmlakı bilirdi. Ona görə də “Lotu Quli”nin adından hədə-qorxu gələrək pulunu və əmlakını ələ keçirib. Lakin o, hansı səbəblə şantaj olunduğunu, ondan niyə pul tələb edildiyini açıqlamayıb.
Emin Axundov bildirib ki, əmisi oğlu Vüsal özünü “Lotu Quli” ilə aralarında vasitəçilik edirmiş kimi göstərib. Zərərçəkmiş iddia edir ki, öncə 700 min dollar pul verib.
Sonra 12 sot torpaq sahəsində tikilmiş villası, Çexiyada (Karlovı Varıda) mülkü və başqa əmlakları əlindən alınıb: "Pulu verirdim Vüsala, deyirdi ki, çatdırdım...".
Zərərçəkmişin sözlərinə görə, sonda tələbləri yerinə yetirə bilmədiyini görüb bir dostundan kömək istəyib. Şikar adlı dostu vasitəsilə Səlifovla əlaqə saxlayıb: "O isə bildirib ki, heç kimdən heç nə istəməyib, onun adından istifadə edirlər...".
Təqsirləndirilən Vüsal Axundov isə əmisi oğlunun onu şərlədiyini deyir: "Niyə Quli ölənə qədər heç yerə şikayət eləmirdi, öləndən dərhal sonra şikayət elədi? Əgər doğru olsaydı, elə sağlığında şikayət eləyərdi. Özü də əməliyyatçı olub, kor-koranə kiməsə pul verməzdi ki...".
Xatırladaq ki Nadir Səlifov 2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirilib. O, qətl, pul tələb etmə və başqa ittihamlarla 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib(Pravda.az).
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”