Şəhid xəbəri çıxmış XTQ zabiti sağ tapıldı... - YAŞAT Fondunun rəhbərinin qaynı barədə sevindirici açıqlama (FOTO)

img

21-09-2023 [20:47]


"Şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti baş leytenant Ağayev Rəsul Avtandil oğlu 3 günlük axtarışlardan sonra ayağından yaralı halda bataqlıq ərazidən indilərdə tapılıb".

Mia.az xəbər verir ki, bu barədə bu barədə Hüquq müdafiəçisi, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov açıqlama verib.

O bildirib ki, döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib: "Geri qayıdan zaman onu qoyduqları yerdə tapmamışdılar. Sən demə, yaralı Rəsul sürünərək yerini dəyişibmiş".

Emil Məmmədovun sözlərinə görə, Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə atası, YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun qaynıdır.

P.S. Qeyd eədk ki, yazıya əlavə olunan şəkil Rəsulun tapıldığı yerdə çəkilib.

Samir Musayev

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR