“Azərbaycan Qarabağa görə TƏCİLİ HƏRƏKƏTƏ keçməlidir, Kamal Kılıçdaroğlu kimiləri...” - SENSASİON DETALLAR
11-09-2023 [17:48]
Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan Dünya Qida Proqramının rəsmi məlumatına görə, hər il 9 milyon insan acından ölür.
5 yaşından kiçik 149 milyon uşaq adekvat qida çatışmazlığı səbəbindən sağlam böyüyə bilmir. 2022-ci ilin iyul ayında Dünya Ərzaq Proqramı aclıqla üzləşən təxminən 828 milyon insandan 345 milyonunun kəskin aclıq keçirəcəyi barədə xəbərdarlıq etmişdi. Keçən il təxminən 193 milyon insan kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkib. Ukrayna münaqişəsinin ərzaq qiymətlərinə və mövcudluğuna təsiri və Afrika Buynuzu bölgəsində son 40 ilin ən pis quraqlığı vəziyyəti daha da pisləşdirib.
Ukrayna taxılı bu il Afrikaya çatmasa, qitədə 10 milyonlarla insan fəlakətlə qarşılaşacaq. Hələ orası da var ki, çirkli su içdiyinə görə və ya susuzluqdan hər il 3.5 milyon insan vəfat edir...
Biz belə bir dünyada yaşayırıq. Belə bir fonda Qərbin təbliğat maşını gecə-gündüz həyəcan təbli çalır ki, bəs Qarabağda ermənilər acından ölür, onlar genosidə məruz qalıb. Azərbaycan Laçının buraxılış-keçir məntəqəsini dəhliz statusunda açmasa, ermənilər keçən əsrdə olduğu kimi bu dəfə də fəlakətlə üzləşəcək. Bu dəfə osmanlı türkləri yox, onların qan qardaşı olan azəri türkləri erməni soyqırımı törədəcək. Bu dəfə soyqırım top-tüfənglə yox, aclıq üzərindən həyata keçiriləcək.
Siyasətdən xəbərdar olan hər kəs bilir ki, Qarabağ ermənilərinin əsas hədəfi Azərbaycana re-inteqrasiyadan yayınmaq, keçmiş Dağlıq Qarabağa müstəqillik qazandırmaq, ən pis halda isə Azərbaycan daxilində muxtar quruma çevrilməkdir. Onlar arzusunda olduqları Laçın dəhlizi yolu ilə yenidən silahlanmaq və ilk fürsətdə Azərbaycana qarşı siyasi və hərbi təxribatlara əl atmaqdır. Yəni Qarabağ erməniləri, Ermənistan, dünya erməni mərkəzləri, ermənilərə dəstək verən siyasi paytaxtlar bu hədəflərə varmaq üçün Qarabağda ermənilərin kütləvi aclığı ilə bağlı beynəlxalq səviyyədə şou göstərirlər. Qarabağdakı ermənilər isə bütün dünyanın gözü qarşısında nə Azərbaycanın, nə də Rusiyanın göndərdiyi humanitar yardımı qəbul edirlər. Təbii ki, dünyanın siyasi mərkəzləri söhbətin mahiyyətindən yaxşı xəbərdardır. Ancaq özlərini elə aparırlar ki, guya ermənilərin “aclıqdan” qırıla biləcəyindən səmimi şəkildə narahatdırlar.
Haqlı olaraq ortaya belə bir sual çıxır. Bu necə olur ki, Qərb acından ölən 9 milyon insanın xilası üçün əlini ağdan qaraya vurmur. Afrikada 100 milyonlarla insanın aclıqdan əziyyət çəkməsinin qarşısını almaq üçün real addım atmır. Ancaq Qarabağdakı ermənilərin aclıq şousuna bu qədər önəm verirlər. Bu şounun daha effektiv olması üçün min oyundan çıxırlar. Aydındır ki, Qərbin ermənilər üçün axıtdığı göz yaşının arxasında duran siyasi maraqlar var. Bu maraqlar qədim Romadan gələn “parçala, hökm sür” siyasətinə söykənir. Qərb də Rusiya və İran kimi Azərbaycan və Türkiyəyə (bütövlükdə Türk Dünyasına) təzyiq imkanlarına malik olmaq üçün erməni kartından yararlanmaq istəyir.
Fikir verin: Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampon Qarabağ ermənilərinin “aclığını” genosid kimi dəyərləndirir. Ancaq hər il 9 milyon insanın acından real şəkildə ölməsindən bir kəlmə də danışmır. Niyə? Çünki o 9 milyon aclıq qurbanının Luis Moreno Okamponun dilini aça biləcək pul-parası yoxdur. Ancaq erməni lobbisinin pulu var. Və məhz erməni lobbisinin pulu kriminal keçmişi olan sabiq baş prokuroru belə sərsəm fikirlər səsləndirməyə təşviq edir.
Hazırda Efiopiya, Somali, Cənubi Sudan, Yəmən və Əfqanıstan aclıqdan əziyyət çəkir. Demokratiyadan dəm vuran, insan haqlarının keşiyində durduğunu bağıra-bağıra çar çəkən ABŞ-ın isə illik hərbi büdcəsi 800 milyard dollara yaxınlaşır. Yəni Amerika insan öldürmək üçün xərclədiyi pulun 5-10 milyardından keçsə, dünyada aclığın kökünü kəsmək olar. Eləcə də Avropa İttifaqı bu sahədə təşəbbüsü ələ alsa, vəziyyət kökündən dəyişər. Gecə-gündüz insanlıqdan, mərhəmətdən dəm vuran Qərb bunu etmir. Etmək istəmir. Ancaq elə həmin Qərb Qarabağda ermənilərin şou göstərməsini ayaq üstə alqışlayırlar. Onlara canıyananlıq edirlər. Bəs bu Afrikada ölənlər insan deyil? Şübhəsiz ki, bu məsələnin irqçiliklə bağlı tərəfi də var. Məsələn, Ukrayna müharibəsi başlayanda Qərbə qaçan insanlar arasında qaradərili tələbələr də vardı. Tələbələr sosial şəbəkələrdə kəskin şəkildə etiraz edirdilər ki, bizimlə heyvan kimi davranırlar, bizi Avropa ölkələrinə buraxmırlar, çünki biz qaradərili insanlarıq. Etirazlar o həddə gəlib çatdı ki, 55 ölkənin üzv olduğu Afrika İttifaqı bu məsələ ilə bağlı bəyanat verdi və Avropada yaşanan irqçiliyə etiraz etdi...
Bu mövzu daha da genişləndi. Düşünün ki, BBC-nin Kiyevdə yayımladığı reportajda belə deyilirdi: “Mənim üçün çox emosional anlardır, çünki mavi gözlü və sarı saçlı avropalıların öldürüldüyünü görürəm”.
Bu reportaj ciddi etirazla qarşılandı. Twitter (X)-də BBC irqçilikdə ittiham olundu. İstifadəçilərdən biri belə yazmışdı: “Ancaq "mavi gözlü və sarı saçlı" insanların Yaxın Şərq və Afrikaya bomba atması yaxşıdır. "Mavi gözlər və sarı saçlar" ifadəsi Hitlerin “Mein Kampf” əsrində ari irqi haqqında işlənib”.
Məşhur “Al-Jazeera” televiziyası “Double standards”: Western coverage of Ukraine war criticised” (“İkili standartlar”: Qərbin Ukrayna müharibəsini işıqlandırması tənqid edilib) adlı məqaləsində bu barədə geniş söhbət açılıb...
“Al-Jazeera” də Qərbi ikili standartlarda ittiham edir. Bizim isə bu cür ittihamları daha kəskin şəkildə ortaya qoymağımız gərəkir. Bu kimi arqumentlərdən istifadə edərək Qərbin ermənilərin marağına köklənmiş təbliğat maşınını sıradan çıxarmaq olar. Bu, mümkündür.
Qarabağda erməni separatizminin yenidən canlanmasına heç bir halda imkan vermək olmaz. Ona görə də problemi indi, kökdən həll etmək lazımdır. Hazırda Türkiyə birmənalı şəkildə Azərbaycanın yanındadır. Yaxın gələcəkdə Türkiyədə siyasi hakimiyyət dəyişə bilər. Ən azı nəzəri baxımdan Türkiyədə ermənilərə qucaq açan siyasi partiyaların iqtidara gəlməsi nəzəri baxımdan mümkündür. Cümhuriyyət Xalq Partiyası başqanı Kamal Kılıçdaroğlu kimiləri bundan sonra da olacaq. Ona görə də Azərbaycan tərəddüd etmədən bu prosesi bitirmək üçün hərəkətə keçməlidir. Geriyə yol yoxdur.
Elbəyi HƏSƏNLİ,
MİA.AZ
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI