Separatizmdən əziyyət çəkən Kanada nədən erməni separatizminə dəstək verir? - “Demokrat”ların tarixi səlib yürüşü siyasəti
26-08-2023 [23:46]
Kanadanın xarici işlər naziri Melanie Jolynin (Mélanie Joly) Qarabağa Artsax deməyi Azərbaycan tərəfindən ciddi təpki ilə qarşılandı. Bu məsələ Kanada mediasında da diqqətini çəkib.
Məsələn, mərkəzi ofisi Tarontada olan ingilisdilli “calgaryherald.com” saytı “Melanie Joly accused of undermining peace, supporting Azerbaijan separatists with 'unacceptable' comments In a recent speech, Joly referred to the region as Artsakh, a term used by ethnic Armenians who want the area to secede from Azerbaijan” (Melani Joly sülhə xələl gətirməkdə, “qəbuledilməz” şərhlərlə Azərbaycan separatçılarını dəstəkləməkdə ittiham olunur.
Joly son çıxışında bölgəni Artsax adlandırıb, bu termin ərazinin Azərbaycandan ayrılmasını istəyən etnik ermənilər tərəfindən istifadə olunur) adlı məqalə ilə çıxış edib. Məqalənin başlığında və yarımbaşlığında deyilən fikirlər xüsusi diqqətə layiqdir.
Məqalədə deyilir ki, Kanada da Ermənistanda fəaliyyət göstərən Avropa müşahidəçilərinə qoşulmaq üçün iki nəfər göndərmək fikrindədir. Guya bu qrup Azərbaycanla Ermənistan arasında müharibənin qarsısın alınmasında ciddi iş görür. Bundan başqa Melanie Jolynin Dağlıq Qarabağ məsələsini G20 (İyirmilər qrupu — 19 ölkəni və Avropa İttifaqını (Aİ) birləşdirən hökumətlərarası forumdur), G7 (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ; əlavə olaraq, Avropa İttifaqı (Aİ) “sadalanmayan üzvdür”) və BMT-də qaldırmaq fikrindədir: "Region, xüsusən də Artsaxdakı ermənilər real təhlükə ilə üz-üzədir", - Joli bildirib. “Biz Artsax məsələsini əlimizdə olan hər bir diplomatik vasitə ilə müzakirəyə çıxarmalıyıq”.
Melanie Jolyn 2021-ci ilin oktyabrın 26-da Kanadanın xarici işlər naziri təyin olunub. Bu xanım adından da göründüyü fransızdilli kanadalıdır. O da
sirr deyil ki, Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalət Kvebekdir. Fransada Beşinci Respublikanın əsasını qoyan Şarl de Qoll (1959-1969) Kvebeki Kanadadan ayırmaq üçün özü şəxsən 1967-ci ildə Kanadanın Montreal şəhərində “Vive le Québec libre!” (Kvebekə azadlıq!) şüarı səsləndirdi. Ancaq ingilisdilli Kanada, ABŞ və Böyük Britaniya əl-ələ verib Şarl de Qollun üzərinə elə yeridi ki, o, özünə bəraət qazandırmaq üçün min cür bəhanə uydurmalı oldu. Yəni nazir xanım belə bir keçmişi olan farnsızdilli Kandanın separatçı ruhunun təmsilçisidir.
Diqqət edin, bu xanım Ukraynada Rusiyanın müdafiə etdiyi separatçı “respublikalar”a qarşı çıxır. O, 2022-ci ildə Ukraynada olub. Kanadanın Ukraynanın ərazi bütövlüyünə verdiyi dəstəkdən danışıb. Deməli, Kanada Ukraynada Rusiyanın dəstək verdiyi separatizmə qarşı digər Qərb ölkələri ilə birlikdə eyni cəbhədə yer alır. Ancaq elə həmin Kanada Rusiyanın Cənubi Qafqazda dəstək verdiyi erməni separatizmini müdafiə edir. Haqlı olaraq ortaya belə bir sual çıxır? Separatizmin də yaxşısı, pisi var? Yoxdursa Kanada niyə belə ikiüzlü siyasət yeridir?
Kvebekdəki separatizmə toxunduq. Azərbaycanda Kanadanın bu bölgəsi xeyli məşhurdur. Ancaq Kvebek Kanadanın separatizmə meylli olan yeganə əyaləti deyil. Kanadada bizim az tanıdığımız xeyli separatçı hərəkatlar var. Məsələn, adların ingilis dilində təqdim etdiyim bu hərəkatlar oratadadır: Newfoundland & Labrador, Nova Scotia, Western Canada, Alberta, Manitoba, British Columbia and Yukon, Cascadia, Republic of Madawaska, Republic of Rathnelly. Bu qədər separatçı hərəkata meydan olan Kanada dünyanın o başından Cənubi Qafqazda erməni separatçılarına dəstək verir. Hansı məntiqlə? Demokratik yanaşma separatizmi rədd edir. Deməli, ortada başqa amil var. Bu amil xristian fundamentalizmi deyil ki? Bəs deyirsiniz ki, biz demokratıq? Belə çıxır ki, demokrat adı altında tarixi səlib yürüşü siyasətini davam etdirirsiz...
Təəssüf ki, nə Azərbaycanın xarici işlər naziri, nə də ki, Xarici İşlər Nazirliyi bu kimi məqamları Kanada rəsmilərinin diqqətinə çatdırmırlar. Niyəsini mən bilmirəm. Ancaq belə şeyləri mütləq vurğulamaq lazımdır. Hətta bu kimi faktların dilə gətirlməsi Kanadanın özündə də Azərbaycana simpatiya qazandırardı. Çünki Kanada separatizmin nə olduğunu hələ uzaq 1967-ci ildə yaşayıb. Xatırladım ki, Şarl de Qollun həmin çıxışı bütün dünyada geniş rezonans doğurmuşdu.
Dünyada 200-dən artıq ölkə var. Ən azı 180 dövlətdə separatizm bu və ya digər miqyasda mövcuddur. Keçən dəfə vurğulamışdım: Dünyanın ən varlı, ən demokratik ölkələri sırasında öndə gələn İsveçrədə belə 4 separatçı hərəkat var. ABŞ-ın özündə belə 10 separatçı mərkəz fəaliyyət göstərir...
Bir maraqlı məqam da var. Belçikanın xarici işlər naziri olan Xədicə Labib bugünlərdə ermənipərəst mövqe sərgilədi. Halbuki Gürcüstanın ərazi bütövlüyündən dəm vurmuşdu. Maraqlıdır ki, Belçikanın gələcək xarici işlər naziri 2021-ci ildə (o, 2022-ci ilinin iyunun 21-də nazir təyin olunub) işğal olunmuş Krıma Rusiyadan daxil olmuşdu. Vladimir Putinin qızı Katerina Tixonovanın təşkilatçılığı ilə keçirilən "Qlobal Dəyərlər" festivalında iştirak etmişdi.
Təqdim etdiyim xəritəyə diqqətlə baxın. Şimali Amerika dövlətlərindəki separatçı hərəkatların istək və arzuları bu xəritədə öz əksini tapıb. Gördüyünüz kimi, separatizm qalib gəlsə, Kanada, ABŞ, Meksika, eləcə də yerdə qalan ölkələr daramadağın olacaq.
Heç narahat olmayın. Separatizm təkcə Azərbaycanın yox, bütövlükdə çağdaş dünyanın problemidir.
Bir məqama da toxunmaq gərəkir: Kanadanın xarici işlər naziri Ukraynanın ərazi bütövlüyün tanıyır. Belçikanın xarici işlər naziri isə bir vaxt Krımı Rusiya ərazisi hesab edirdi. Yəni Qərbdə də əcaib işlər baş verir. Biz Azərbaycan olaraq Qərbin bu kimi yaramazlıqlarını bir-bir ortaya qoymalıyıq. Azərbaycan bu kimi arqumentləri ən yüksək tribunalardan səsləndirməlidir. Özü də son dərəcə qərarlı şəkildə.
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi