Kəmaləddin Heydərov generallarla bağlı qərar verdi - Sabiq nazirin qardaşı yola salındı (YENİ TƏYİNATLAR)

img

07-06-2023 [11:25]


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov təqaüdə göndərilib.

Mia.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Füzuli Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.

Nazirin digər bir əmrli ilə isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayor Hikmət Abbasov tutduğu vəzifədən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinə rəis təyin edilib.

Hikmət Abbasovun yerinə də təyinat olub. Belə ki, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Aqşin Kazımov Dövlət Yanğın Nəzarəti Xidmətinə rəis təyin edilib.

Tribunainfo.az-a gələn məlumatda iddia olunur ki, general Füzuli Əsədovun işdən çıxarılmasının arxasında başqa səbəb var. Məlumata görə, nazir F.Əsədovu çoxdan işdən azad edəcəkdi, ajiotaj yaranmasın deyə ertələmişdi. Əslində, nazir K.Heydərov general F.Əsədovu FHN-də xidməti otaqdakı intim videoya görə kənarlaşdırıb. Çünki videoda olan şəxs polkovnik Zaur Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Yəni o, Füzuli Əsədovun köməkçisi idi. İntim videolar da məhz onun kabinetində çəkilib. Təbii ki, nazir o zaman F.Əsədovu cəzalandırıb səs-küy doğurmaq istəməyib, indisə təqaüd adı ilə uzaqlaşdırıb. Sözsüz ki, o hadisələrdə general Əsədovun məsuliyyəti yoxdur. Sadəcə, onun tabeliyində olan qurumda bu halların baş verməsi, köməkçisinin xidməti otağı şəxsi kabinet kimi istifadə etməsi ciddi nəzarətsizlik olduğunu ortaya çıxarıb. Bundan əlavə, Zaur Mirzəyev Füzuli Əsədovun əmisi qızı ilə evlidir.

Mia.az onu da bildirir ki, F.Əsədov sabiq nazir Heydər əsədovun qardaşıdır.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR