Ölü maral ətini yeyən çılpaq qadınlar... - Onlar kimdir? (FOTOLAR)

img

05-06-2023 [09:42]


Kanadada bir qadının ərazisinə quraşdırdığı kameraya düşən görüntülər dünya mətbuatının böyük marağına səbəb olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kanadada bir qadın at fermasına yaxın ərazidə ölən maralı cəsədini izləmək üçün quraşdırdığı kamera görüntülərini incələrkən həyatının şokunu yaşayıb.

Məlumata görə, fermasının ətrafında hansı yırtıcı heyvanların olduğunu öyrənmək istəyın Kanadada Pauel çayı yaxınlığında yaşayan Korinea Stanhope bu barədə yerli mətbuata açıqlamalar verib: "Ərazimizə yaxn yerdə yeni ölən maral cəsədi vardı. O cəsədin hansı yırtıcıları fermamıza doğru çəkəcəyini bilmək üçün kamera quraşdırdıq. Sabahı kameranı götürüb yaddaş kartını atamla birgə incələyəndə isə şoka düşdük. Görüntülərdə iki çılpaq qadın maralı cəsədinə yaxınlaşıb onun ətini qoparıb çiy-çiy yeyirdi. Bu, bizi həddən artıq qorxudur. Onlar zombi kimidirlər...".

Ferma sahibi deyir ki, onlar gün batdıqdan təxminın on dəqiqə sonra gəliblər: "Onlar sanki parik taxmış kimi görünürdülər, dağınıq bir görünüşə sahib idilər. Parikin altında sanki sarı saçlarını gizlətmişdilər. Onlar ölü, çürümükdə olan maral ətini elə yeyirdilər ki...".

Kanada mətbuatı yazır ki, görünütüləri yerli polis araşdırır. 

"Mirror"un məlumatına görə, görüntülərdəki hər iki şəxs qadındır: "Onlar solğun, uzun saçlıdırlar, demək olar çılpaq dolaşırlar. Polis indi ərazidə onlarıla bağlı araşdırma aparır. Hələlik onların kim olduqarı barədə hər hansı bir ehtimal yoxdur...".

Samir MUSAYEV

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR