Taliban-İran toqquşmasının gizlinləri: Su müharibəsi, sünni-şiə qarşıdurması və... - TƏHLİL
29-05-2023 [15:04]
Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqladı.
O bildirib ki, hazırda sərhəddə şiddətli döyüşlər gedir və Taliban ağır hərbi texnikanı sərhədə yeridib.
Nə baş verir?
İlk öncə onu qeyd etmək lazımdır ki, hazırkı gərginlik İran ilə Taliban (Əfqanıstan) arasında ilk belə hal deyil. Vaxtaşırı iki ölkə sərhədində kiçikçaplı və ya orta səviyyəli atışmalar yaşanır.
Misal üçün, 2021-ci ildə İran sərhədçiləri ilə Taliban arasında toqquşma baş vermiş, tərəflər bir-birinə artilleriya zərbələri endirmişdi. Hətta Taliban İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən "Dheris”, "Dost Məhəmməd” və "Bala-e Siyah Çeşmən” məntəqələrinin ələ keçirdiyini açıqlamışdı.
Prinsip etibarilə hazırkı gərginlik də bundan öncəkilərdən fərqlənmir. Belə ki, İran və Əfqanıstan arasında hazırkı gərginlik Hilmənd çayının suyu məsələsindəki anlaşmazlıqdan qaynaqlanır.
Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Hilmənd çayının su bölgüsü tərəflər arasında 1973-cü ildə imzalanmış müqaviləyə əsasən tənzimlənib. Lakin İran tərəfi payına düşən suyun cəmi 4 faizini istifadə edə bildiyindən şikayətlənir və Əfqanıstanı çay üzərində yeni su anbarları tikməkdə günahlandırır.
Helmand çayı İran üçün olduqca önəmlidir. Belə ki, İranın ən qeyri-stabil bölgəsi olan Sistan-Bəluçistan vilayətinin əkin sahələrinin əsas suvarma mənbəyi məhz bu sudur. Hazırda Sistan və Bəlucistan vilayəti quraqlıqla üz-üzə olduğundan məsələ gərginlik həddinə çatıb.
May ayının 18-də Sistan-Bəlucistan vilayətini ziyarət edən İran prezidenti İbrahim Rəisi buradan Taliban hökumətini Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistan əyalətinin su payını verməməkdə ittiham edib.
Rəisi bununla da yetinməyərək “Əfqanıstan hakimiyyətinə xəbərdarlıq edirəm ki, Sistan və Bəlicistanın su payını versinlər. Bu çox ciddi xəbərdarlıqdır və əks təqdirdə dövlət lazım olan tədbirləri görəcək” sözləri ilə Talibanı təhdid etmişdi.
Əfqanıstan tərəfi isə suyun azalmasını kəskin quraqlıqla əlaqələndirir və İranı Sistan bölgəsindəki əkin sahələrini genişləndirməkdə günahlandırır. Əfqan rəsmilər çay üzərində tikilən yeni su anbarları vasitəsilə xaricdən elektrik enerjisi asılılığını azaltmağı hədəflədiklərini, bu məsələdə güzəştə getməyəcəklərini bildirirlər.
Bundan başqa Taliban liderləri də Tehranı təhdid edərək bildiriblər ki, İrana qarşı ABŞ-a qarşı döyüşdüklərindən da yaxşı döyüşəcəklər.
Gərginliyin pərdəarxası
Hazırkı situasiyada gərginliyi artıran tərəfin Taliban olduğunu demək olar. Buna işarə edən bir sıra məqamlar var.
Birincisi, Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Taliban bu çayın İran üçün həyati əhəmiyyətini bilə-bilə, çay üzərində yeni su anbarları tikir. Yəni bu əməlin gərginliyə səbəb olacağını yaxşı bilirlər.
İkincisi, gərginlik fonunda Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb. Müharibə qərarı belə asanlıqla verilə bilməz. Görünür, Taliban bu qərarı vermədən hazırlıq işləri görüb.
Talibanın prosesi müharibə kontekstinə daşıması, özündən razılığı onu deməyə əsas verir ki, onu dəstəkləyən konkret gücə arxayındır. İndiki məqamda Taliban ilə İran arasına müharibənin olmasında bir güc maraqlıdır - ABŞ!
Vaşinqtonun planı
Vaşinqton indiki məqamda “Taliban”la İranı qarşı-qarşıya gətirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. 2021-ci ildə İran sərhədçiləri ilə Taliban arasında baş verən toqquşmaların da ümumi məğzi bundan ibarət idi. Talibanın ani hücumla İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrini ələ keçirərək İran ordusunu Əfqanıstan içinə çəkmək istəyirdi.
Həm Əfqanıstan, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz ölkələrdir.
Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edə bilir. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini ideologiyadan istifadə edə biləcək ölkələrdir.
ABŞ son zamanlar bu taktikadan çox istifadə edir. Misal üçün, Rusiya bu yolla Ukrayna ilə müharibəyə cəlb edildi və hələ də müharibə davam edir. Kreml sürətlə resurslarını tükədir. Vaşinqton bu gün eyni taktikanı İrana qarşı da istifadə etmək istəyir.
ABŞ bununla üç şeyə nail olmaq istəyir:
Birincisi, onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tamam çökdürmək;
İkincisi, İrandakı ictimaiyyəti, xüsusilə də etnikləri mərkəzi hakimiyyətə qarşı ayaqlandırmaq;
Üçüncüsü, Taliban üzərindən İranın nüvə obyektlərini vurub Tehranın bu silahı əldə etməsinin qarşısını almaq
Turan Rzayev,
Politoloq
MİA.AZ
"Ankaragücü" Mustafa Dalcı ilə anlaşdı - 6 aylıq
PA rəhbəri məmurları Xankəndi şəhərinə topladı: iclasda nələr müzakirə edilib? + FOTOLAR
Yaqub Eyyubov Somali prezidentini qarşıladı - FOTOLAR
Daha 1513 nəfər taksi sürücüsü olmaq istəyir - İmtahan olacaq
“Qarabağ” Riçard Almeyda ilə vidalaşdı
Abdin Fərzəliyevlə bağlı şok iddia yayıldı - Ramiz Mehdiyevlə əlaqə, Həştərxana qədər uzanan böyük biznes və...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi... - Prezident İlham Əliyev Sazişi təsdiq edib
Ərdoğan böyük heyətlə İndoneziyaya səfər edib - FOTO
Prezident İlham Əliyev fərman imzalayıb
Azərbaycanda yeni medal təsis ediləcək
Qəzzada daha 11 nəfərin cəsədi tapılıb
SOCAR-ın 2025-ci il üzrə büdcəsi təsdiq olunub
VƏZİFƏLİ ŞƏXSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI - Prokurorluq açıqlama yaydı
“Google” əməkdaşı məktəblilərimizə master klass keçdi
Dövlətə məxsus maşınlar hərracda satılıb
Bakı, Sumqayıt və Abşeronda dələduzluq edən şəxslər saxlanılıb
Hikmət Hacıyev: “Salam, Xankəndi!” - VİDEO
"MƏNƏ QƏSD ETMƏK İSTƏYƏNDƏN ŞİKAYƏTÇİ DEYİLƏM" - Taleh Qaraşov məhkəmədə dindiriləcək
Donald Tramp HƏMAS-a konkret vaxt verdi, iki ölkəni açıq şəkildə hədələdi: "İnanın, əsl qiyamət qopacaq"
SABİQ NAZİRİN QAYNI HAQDA ŞOK FAKTLAR YAYILDI - Rusiya vətəndaşı ola-ola... (FOTOLAR)
Ağdamda Fərhadın heykəli bərpa olunur
Sabah hava necə olacaq? - Proqnoz
İstanbulda məktəblər bağlanıb - Qara görə
Dövlət Agentliyi sədrinə yeni müavin təyin edilib
Dövət Sərhəd Xidmətinin hərbçisi faciəli şəkildə ölüb
"Tamstore"də vaxtı keçmiş məhsullar satılır - FOTOLAR
"Qobu Park-2" yaşayış massivində içməli su problemi yaranıb
Fəxri adların verilməsi dayandırılıb
“Yeni Malatyaspor” indidən 2-ci liqaya yuvarlanıb
Bakıda restoranın kassası soyulub
Dövlət Xidməti unun qiymətini açıqladı
Prezident İlham Əliyev Ayətullah Seyid Əli Xameneyiyə məktubu göndərib: "Biz bu təməllər üzərində qurulmuş..."
Harutyunyan, Qukasyan, Manukyan, Babayan, Mnatsakanyan... - Onlar Bakıda yenidən hakim qarşısına çıxarılıb
İlham Əliyev İran prezidentinə məktub göndərdi - MƏTN
XİN-dən Paşinyanın iddialarına cavab verildi: "Bu, Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir və..."
Ölkəmizə gətirilən 47 tondan çox kartof yararsız çıxdı