Rəsmi Bakıdan Paşinyana cavab verildi
23-03-2023 [18:15]
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin Paşinyanın martın 23-də irəıli sürdüyü əsassız iddialarla bağlı yerli medianın sualını cavablandırıb.
Mia.az xəbər veirr ki, XİN sözçüsü Ermənistan Xarici İşlər Nazirliyinin 18 mart tarixində verilmiş bəyanatını inadkarcasına təkrarlayan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialarını rədd edib:
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir.
Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin.
Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən Üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Eynilə, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur.
Ermənistanın həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir.
Azərbaycanlıları Ermənistanın indiki ərazisindəki tarixi torpaqlarından zorla qovan, Azərbaycanda yüzlərlə etnik xalqın sülh və əmin-amanlıq şəraitində yaşamasını həzm etməyən və bununla bağlı uydurma fikirlər səsləndirən Ermənistanın monoetnik dövlət olmadığını iddia etməsi erməni saxtakarlığının növbəti nümunəsidir. Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır".
MİA.AZ
"Səhvlərimizdən dərs alacağıq" deyən İmamoğlu söz verdi: "Bu yolda cəsarətlə davam edəcəyik" - "Kimsə İstanbulu ala bilməz"
Abdullah Gül Ərdoğanı təbrik etdi - Açıqlama
Məşhur mükafatı alan aktrisanı Türkiyədə "süngü" ilə qarşıladılar: "...təbrik ediləsi bir yanı yoxdur" - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Davudoğlu Ərdoğanı həm təbrik elədi, həm də "balkon çıxışı"nı qorxulu saydı: "Bu, ölkə üçün ən böyük təhdiddir"
Əməkdar artist Elxan Qasımov vəfat edib
Bakıda dünya çempionatının açılış mərasimi - Prezident və birinci xanım iştirak ediblər (Yenilənib)
Azərbaycanda koronavirus: ölən olmayıb
Ərdoğan Baydenlə bu axşam telefonda danışacaq
Taliban-İran toqquşmasının gizlinləri: Su müharibəsi, sünni-şiə qarşıdurması və... - TƏHLİL
Prezident İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTOLAR
Prezident İlham Əliyev Britaniya Baş nazirinin ticarət elçisini qəbul edib - Müzakirə (FOTO)
Sabahın hava proqnozu açıqlandı
Yevlaxda avtomobil çaya aşdı - Sürücü axtarılır (VİDEO)
İlham Əliyev Federasiya prezidentini qəbul edib - FOTO
Ərdoğanın qələbəsi Türkiyə və region iqtisadiyyatı üçün nə vəd edir? - Deputat yazır
Binəli Yıldırımdan Kılıçdaroğluna ironik mesaj: "Yenə qazandıq bir dənəsi..." - FOTO
Yaponiya ilə Şimali Koreya savaş həddinə çatdı: "Tokionun onların məhv edilməsinə yönəlmiş bütün lazımi tədbirləri görəcək"
İcra başçısının başı parkda boş yerləri restoranlarla doldurmağa elə qarışıb ki... - Ekspert tarixi gündə bayrağı unudan rayon rəhbərini qınadı (FOTO)
3800 tank, 7400 zirehli texnika, 3000 min PUA, 207 min hərbçi... - Rusiyanın itkiləri artır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azarkeşlər Ronaldoya "keçmiş olsun" təskinliyi verir
Məşhur şərhçi lağa qoyuldu - Paylaşımına görə
AKŞENER DANIŞDI: "Milətin iradəsi başımızın tacıdır" - VİDEO
Ərdoğanla yola davam, Türkiyə!
ƏRDOĞAN "BALKON ÇIXIŞI"NA MAHNI İLƏ BAŞLADI, RƏQİBİNƏ "ÇÖKDÜ: "Bay, Bay, Bay Kamal..." - VİDEO
İlham Əliyev Ərdoğana zəng edib
TÜRKİYƏDƏ TARİXİ SEÇKİ: Ərdoğan qalib gəldi (Yenilənir)
Laçında Şərqi Qafqaz turları və şahin quşları təbiətə buraxılıb
Prezidentə Laçının Baş planı təqdim olunub - Rayonda Zəfər Muzeyi Kompleksi ilə çoxmənzilli məhəllənin təməli qoyulub - FOTOLAR
İlham Əliyev Laçına dönən sakinlərə evlərinin açarlarını təqdim edib, onlarla söhbətləşib - TAM MƏTN
Prezident İlham Əliyev Laçında lövhələrin açılışında iştirak edib - FOTOLAR (Yenilənib)
Ərdoğanla Kılıçdaroğlu səs verdilər - Açıqlamalar (FOTOLAR)
Sabah hava necə olacaq? - Proqnoz
Akşener səs verdi: "Allah ürəyimizdə olanı bizə əta edər"
Prezident Laçında sakinlərlə görüşdə: "İlin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”
Ərdoğan: “Bir millət, iki dövlət” şüarı ilə hər zaman yan-yana, çiyin-çiyinə olduğumuz..."
XİN: "Azərbaycan xalqına sülh və rifah arzu edirik"
Gədəbəydə kütləvi dava: 3 nəfər bıçaqlanıb, ölən var