Beynimdə bir zəlzələ var...
13-02-2023 [09:25]
Zülfiyyə Mustafayeva
***
79 nəfərdən 29 min 605 nəfərə çatdı... hələ son deyil...hansı ekspert demişdi ki, ən azı 80 minə çatacaq ölü sayı? Yadımda qalmayıb.. O ekspertə də nifrət edirəm indi. Danışmasın heç kim, şərh verməsinlər, baş verənlərin analizini-filanı da istəmirəm. Susun.
Bir şok yaşayıram hazırda. Həyatımın yarısına çatdım, hələ bu qədər üzərimdə istisini hiss etdiyim faciə görmədim. Kriminal, hüquq yazarı kimi çox faciələri qələmə aldım, meyitlərin şəklini çəkməkdən tutmuş, qan dolu gölməçənin üzərindən atlamaga qədər. Heç sınmadım. Yazanda da əlim titrəmədi. Ürəyim daşdandı, - dedim. Amma deyilmiş.
İlk dəfə faciəni bu qədər içdən hiss etdim. Qocaldımmı? Yoruldummu? İnsanların saatlarla sürən xilas əməliyyatını göstərirlər videolarda. İlişib qalmışam o görüntülərdə günlərcə. Beynimdə bir zəlzələ var. Ölü sayı isə dəqiqəbədəqiqə artır. Bu ədalətsiz, əyri tərəzini kim qurdu görəsən?
Aglama smayliklərində yaşayıram artıq. Bir azdan sözüm də qurtaracaq, deyə qorxuram. Ruhum əzgin, sönük. O betonlardan bir neçəsi mənim başıma düşüb sanki, boguluram. Bir az arzularım vardı, onları belə xatırlamaz oldum. İnsanın həyatda bir arzusu qalmasa, yaşamaz, - deyirlər. Mən arzu etmirəm, dualarım var artıq.
Məni eşidən varmı? Göydəkilər, yerdəkilər?
Mənə də yardım edin. Çıxarın məni bu acizlik, gücsüzlük yükünün altından, qırın üstümdəki tonlarca betonları.
Yol açın mənə də, bir kiçik dəlik açın betonların arasından, bir işıq fənəri verin, bir oksigen baglayın agzıma, çəkin yalın ayaqlarımdan, beton tozuna bələnən saçlarımdan. Bir qurtum su verin mənə də, çox verməyin, zərərdi, günlərdi axı, betonların altında sıxışıb qalmışam...
Çıxarın aydınlıga. Özümü ikinci dəfə dünyaya gəlmiş kimi hiss edim.
Qurtarın hər kəsi.
MİA.AZ
"Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?" - Sabiq nazir haqqındakı şok iddiaya belə cavab verdi
İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib: "Fələstinlilər normal həyata qayıtmalıdırlar"
Ceyhun Bayramov yeni səfiri qəbul edib - Müzakirə + FOTO
"Qumar kralı"nın topdağıtma əmlaklarının siyahısı yayıldı - FOTO
Qarabağ bölgəsində daha 787 hektar ərazi minalardan təmizlənib
Türkiyədə hansı partiya öndədir? - SORĞU
MƏŞHURLARIN ADININ HALLANDIĞI CİNAYƏT İŞİ: "...hesabında 11 milyon dollar vardı" - "Ona İnvestAz"a görə 945 min dollar verdim"
İordan çayının qərb sahilində gərginlik böyüyür - Son bir ayda 600-dək fələstinli həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
MÜĞƏNNİ DƏNİZ AXTARIŞA VERİLDİ - Səbəb
Partiya sədri saxta yolla seçilib? - Prokurorluq araşdırmaya başlayıb, sabiq sədr istintaqa çağırıldı
"Kaliforniyanı ver, Qrenlandiyanı götür" - 200 mindən çox danimarkalı Trampa şok müraciət etdi
MSK bu dairələr üzrə şikayətləri araşdırdı - Qərar
Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun büdcəsini təsdiqləyib - DETALLAR
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: 15 məsələ müzakirə olunacaq - Siyahı
Sabiq nazir: "Ramiz Mehdiyevlə qonşuyuq, amma..." - VİDEO
Sabiq icra başçısı əmlak davasına qalxıb
Ceyhun Bayramov Sloveniya dövlət katibi ilə görüşüb - Açıqlama
Bakı, Sumqayıt şəhərləri və Abşeron üzrə pensiyalar sabah veriləcək
Jurnalist: "Bizim diaspora məsul məmurları Rusiyaya buraxmırlar" - "Əlaqələr ancaq votçap üzərindəndir, "votçap diasporu..."
İki qurum rəngarəng dizaynlı elektron siqaretlər barədə xəbərdarlıq yaydı: "Zərərlidir"
"Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır, lakin..." - "Onun kimi idmançıları incitmək olmaz"
Bakıda oğurluq edən maskalı şəxs saxlanılıb
Xalq artisti Rəmişin evni satıblar
Baş prokuror Xəzər rayonunda vətəndaşları qəbul edəcək - Bu tarixdə
Sabah hava necə olacaq? - Proqnoz
Nemət Pənahlının avtomobili hərraca çıxarılıb - 42 min manata
Dövlət Agentliyinin direktoruna müavin təyin olunub
Mansur Yavaş Özgür Özəl və İmamoğlunun planını "daşa dirədi" - "İndi seçki var ki, namizəd müəyyən edək?"
Astara rayonunda keçmiş məhkum saxlanılıb
Fransa süni intellektə 109 milyard avro ayırdı - Makron ABŞ-la rəqabətə girdiklərini gizlətməyib
Vüsal Aslanov bu xanıma vəzifə verdi - FOTO