SİLAHLANMIŞ TERRORÇU, QAÇIB GİZLƏNƏN İRAN POLİSİ... - XİN səfirliyə terrorun detallarını açıqladı
06-02-2023 [16:45]
Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumu ilə təfərrüatlı məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda baş verənterror hadisəsinin gedişatının anbaan lentə alındığı vurğulanb:
"Cari ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.
İlk öncə terrorçu hücum aktını törətməmişdən əvvəl 27 yanvar 2023-cü il tarixində saat 08:05 və 08:24-də cinayəti törətmək üçün uyğun məqam seçmək məqsədilə avtomobili ilə 2 dəfə səfirliyin qarşısından keçib.
Saat 08:32-də səfirliyin əməkdaşları diplomatik nümayəndəliyin inzibati binasının əsas giriş qapısından içəri daxil olduqdan dərhal sonra terrorçu nəqliyyat vasitəsini sürətlə idarə edərək qəsdən səfirliyin qarşısında park edilmiş nümayəndəliyin xidməti avtomobilinə çırpıb. Bunun nəticəsində yaranmış səsə reaksiya verən səfirlik əməkdaşının nümayəndəliyin qapısını açmasından istifadə edən terrorçu avtomobilindən avtomat silahını götürüb giriş qapısındakı postda xidməti növbədə olan İran polisinin əməkdaşına əli ilə işarə verərək atəş aça-aça dərhal səfirliyin binasına daxil olub.
Saat 08:34-də terrorçunun səfirliyə daxil olmasından 2 dəqiqə sonra İran polisinə məxsus nəqliyyat vasitəsi səfirliyin yanına gəlsə də, giriş qapısının yaxınlığındakı postda dayanmış polis əməkdaşı ilə bir neçə saniyəlik söhbətdən sonra ərazidən uzaqlaşıb.
Terrorçu 4 dəqiqə ərzində - yəni, saat 08:36-dək səfirliyin inzibati binasının içərisində əməkdaşlarımızı hədəfə almaqla çoxsaylı atəş açıb, nəticədə səfirliyin əməkdaşı Orxan Əsgərov aldığı güllə yarasından hadisə yerində həlak olub, digər əməkdaş Mahir İmanov sağ qol və sol ayaq nahiyəsindən ağır yaralanıb. Səfirliyin başqa bir əməkdaşı Vasif Tağıyev isə terrorçunu zərərsizləşdirmək məqsədilə onun üzərinə hücum çəkərək terrorçu ilə əlbəyaxa olub. Səfirliyin əməkdaşı terrorçunu zərərsizləşdirərkən terroru törədən şəxs avtomatdan atəş açaraq əməkdaşımızı çiynindən yaralayıb. Buna baxmayaraq, o, terrorçu ilə mübarizəni davam etdirib və terrorçunun əlində olan avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu gödəkçəsində saxladığı tapançanı çıxararaq atəş açmaqla V.Tağıyevi bu dəfə çənəsindən yaralayıb (sonradan səfirliyin ərazisinə keçirilmiş baxış zamanı terrorçunun üzərindən düşmüş “Colt” markalı tapança həmin məkanda aşkar edilib). Yaralı olmasına baxmayaraq, V.Tağıyev cinayətkarı sıxışdıraraq səfirliyin binasından çıxara bilib.
Terrorçunun səfirliyə zor gücü ilə daxil olmasına, binanın daxilindən fasiləsiz atəş səslərinin gəlməsinə və V.Tağıyevin terrorçunu zərərsizləşdirmək üçün köməyə çağırmasına baxmayaraq, giriş qapısındakı postda dayanmış İran polisinin əməkdaşı hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edərək ərazidən uzaqlaşıb.
Səfirliyin binasından çıxarılmış terrorçu isə gödəkçəsinin cibindən ehtiyat darağı götürərək avtomatına taxıb, 2 dəfə kiməsə əl işarəsi göstərib, daha sonra səfirliyin giriş qapısına, habelə hədə-qorxu gələrək və təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb. Terrorçu bu müddət ərzində özü ilə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsini yandırmaq məqsədilə avtomobilin təkərlərini 2 dəfə alışdırıb.
Giriş qapısının möhkəm və onun avtomat silahın atəşi ilə açılmasının çətin olduğunu görən terrorçu avtomobilinin yük yerindən götürdüyü ağır zərbə aləti ilə qapını qırmağa çalışıb, diplomatları və onların ailə üzvlərini qətlə yetirmək üçün ikinci dəfə səfirliyə daxil olub. Atəş aça-aça səfirliyin ikinci mərtəbəsinə qalxmağa cəhd edən terrorçunun üzərinə V.Tağıyev yanğınsöndürən balon atmaqla onu başından zədələyib (bu an müşahidə kameralarının nəzarətindən kənarda qalıb) və nəticədə terrorçu binanı tərk etməyə məcbur olub.
Küçəyə çıxdıqdan sonra terrorçu aralıda dayanan hansısa şəxslərə növbəti dəfə əli ilə işarə etməklə avtomatını yerə qoyub, bununla belə polis ona yaxınlaşmayıb. Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib.
Eyni zamanda, polislər terrorçunu həbs etməyə tələsməyib, onunla danışmağa başlayıb, cinayətkar kimi rəftar etməyib və seyrçi mövqe tutublar. Bundan istifadə edən terrorçu isə bir müddət ərazidə dolaşaraq səfirliyimizin diplomatlarını “hamınızı öldürəcəm” deməklə təhdid və təhqir etməyə başlayıb. Polislər bu hala da reaksiya verməyiblər. Bundan sonra terrorçu sərbəst şəkildə səfirliyin binasına yaxınlaşaraq qapını sındırdığı ağır zərbə alətini polisin gözü qarşısında yerdən götürüb avtomobilinin içərisinə qoyub.
Daha sonra terrorçu səfirliyin pəncərəsindən onun həbs olunmasını tələb edən V.Tağıyevi aşağıya düşməyə təkid edib və V.Tağıyev aşağı düşdükdə onu yenidən təhdid edərək üzərinə hücum etmək istəyib.
Yalnız bütün bunlardan sonra polislər terrorçunun qollarını qandallayıb onu avtomobilə əyləşdirərək ərazidən uzaqlaşıblar. Bu zaman üzündə maska olan naməlum şəxsin terrorçunun avtomobilindən naməlum əşyalar götürməsi və ərazidən uzaqlaşması da diqqət çəkir.
Bildirmək istərdik ki, son günlər bəzi sosial şəbəkə və media resurslarında baş vermiş terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib. Buna əsas səbəb, video görüntülərdəki xronometraja səhv istinadlar olub. Bununla əlaqədar bildiririk ki, səfirliyin küçəyə baxan kameraları real vaxtdan 24 dəqiqə erkən vaxtı göstərir. Bu fərq bəzi texniki amillərlə bağlıdır.
Terrorçunun hadisəni törətmək üçün məhz İranda istirahət günü olan cümə gününü seçməsi (terror aktına mane ola biləcək halları minimuma endirmək üçün), özü ilə hadisə yerinə avtomat silah və güllələrlə dolu ehtiyat daraq, “Colt” tipli tapança, “Molotov kokteyli”, ağır zərbə aləti və sair vasitələr gətirməsi, İran polisinin terror aktına müdaxilə etməməsi hadisənin əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir".
Samir,
MİA.AZ
Fatih Terim Çempionlar Liqasının finalı ilə bağlı proqnoz verib: ""Mançester Siti" üçün asan olmayacaq"
Məşhur aktrisa sosial media hesabında yeni yarıçılpaq görüntülərini yaydı - FOTOLAR
3 ilə ərəblərdən 600 milyon avro alacaq Benzema: "Mən müsəlmanam, bura mənə xoşdur"
Məşhur aktyor həbs edilib
İngiltərə Belarusu "qaraladı": "Putinin müharibəsini dəstəkləyənlərə qarşı sərt tərdbirlərimiz davam edəcək"
Füzuli, Xocalı və Şuşa istiqamətlərində mövqelərimiz atəşə tutulub: "Təxirəsalınmaz tədbirlər görülüb"
Məşhur professor: "İşsizlik və böyük bahalaşma gəlir" - "Olan yenə qaribana olacaq"
Rəsmi Bakıdan Ermənistanın bəyanatına reaksiya: "Bu, iddiaların heç bir əsası yoxdur və..."
Türkiyə superliqasının bombardiri Braziliyaya gedir
Ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
"Səbail" daha bir futbolçu ilə anlaşıb
Taxıl monopoliyası və ya məhsul niyə ucuzlaşır? - "Bu, insanların alıcılıq qabiliyyətinin aşağı olması və..."
"Kamal Kılıçdaroğlu istefa vermək niyyətində deyil"
Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçiriləcək
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
MİT-də Kalının başçılığı altında ilk əməliyyat: terror təşkilatının 3 nüfuzlu şəxsi öldürülüb (FOTO)
"Nar" dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
Keçmiş Baş nazirdən qəzəbli açıqlama: "Ölkə sürətlə sosial partlayış həddinə yaxınlaşır"
Prezident İlham Əliyev fərman imzalayıb
MDB Hökumət Başçıları Şurasının növbəti iclası Bişkekdə keçiriləcək
Dünya çempionatı: millimizi rəqibləri bəlli oldu
Vüsal Qasımlı onlara yeni vəzifələr verdi - SİYAHI
Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının iclası keçirilir - Erməni nümayəndələr də gəlib (Yenilənib)
Kamran Həsənli ilə Ülvira efirdə dilləşdi: "Sən 5-6 dılğır müğənnini efirə çıxardın..."
Bakıda azyaşlı qızı zorlayıblar
Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 38 ərizə üzrə 10 yekun qərardad elan edib - SİYAHI
Ceyhun Bayramovla Mirzoyanın növbəti görüşü təxirə salınıb
Bələdiyyə sədrləri və icra nümayəndəsi cərimələnib
Sənətçi və bacısı ölümlə hədələniblər
Azərbaycan vətəndaşı Almaniyada saxlanılıb
Hüquqşünas: "İlkin Süleymanov Avropa Məhkəməsinə müraciət edə bilər"
"Qalatasaray" 38 yaşlı hücumçu ilə yolların ayırıb
Milli Məclisin deputatları Vaşinqtona gedir
Sabah hava necə olacaq? - Proqnoz
Sosial şəbəkələrdə insanları aldadan şəxs saxlanılıb - VİDEO
BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki erməniyə baş çəkiblər
General Tofiq Həsənovun həbs müddəti uzadıldı
KOMİTƏ SƏDRİ ilə ŞURA ÜZVÜNÜN 400 MİNLİK TENDER LAYİHƏSİ: Şura üzvü bundan sonra komitəyə ictimai nəzarəti necə həyata keçirəcək? (FAKTLAR)
Hakan Fidan Blinkenlə 3 məsələ ətrafında müzakirə aparıb
Dövlət Xidmətindən mənzil sahiblərindən dələduzluq yolu ilə pul alan tikinti şirkətlərinə xəbərdarlıq - Sayğaclarla bağlı
Vitor Pereyra iki ərəb komandası ilə danışıqlara başlayb
Azercell-in dəstəyi ilə “Uşaq Paralimpiya kuboku” turniri keçirilib
Bakıda evə basqın: 3 nəfər saxlanıldı, aralarında qadında var - Bir nəfər isə axtarışa verildi
Azərbaycan nefti bahalaşdı