DİN başçısının "Çək, çirkli əllərini Türkiyədən" dediyi an ABŞ səfiri savaş gəmisində göründü - ABŞ-ın nəhəng hərbi gəmisi İstanbulda niyə lövbər salıb?
03-02-2023 [18:27]
Daxili işlər naziri Süleyman Soylu ABŞ başda olmaqla 9 Qərb ölkəsinin İstanbuldakı konsulluqların bağlanması ilə bağlı ABŞ səfirini hədəfə alaraq “Çəkin çirkli əllərinizi Türkiyədən” deyib.
Mia.az xəbər verir ki, Süleyman Soylu təhlükəsizlik təhdidləri əsas gətirərək konsulluqların bir-bir bağlanmasını ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleyki ilə əlaqləndirib: "Türkiyənin belə bir bədbəxtliyi var, Türkiyəyə gələn hər Amerika səfiri "Türkiyədə necə çevriliş edə bilərəm? Türkiyəyə necə zərər verə bilərəm? Bununla atalarıma necə yarlna verə bilərəm? Bu, Türkiyənin illərdir dəyişməz bədbəxtliklərindən biridir və həmişə belə olub. O, digər səfirlərini də yığır, onlara fısıldayır, fısıldayır və nəhayət, istədiyi yola gətirir. Avropada eynisini edir, eyni cür orada da onları idarə edirlər. Avropalılar bu açıqlamama üzülməz. Onlar gerçəyi bilir deyə narahat deyillər. Onları ıəsas narahat edənsə bir adamın, yəni Ərdoğanın meydana çıxıb oyunlarını pozması oldu. Fikirləşdilər ki, Türkiyəni istədikləri kimi dizayn edəcəklər, bunlar da sonra oturub seyr edəcək.
Mən buradan Amerika səfirinə səslənirəm: bilirəm hansı jurnalistlərə nə yazdırırsınız, Türkiyədən çirkli əllərinizi çəkin, baxın, təkrar sizə çox açıq deyirəm, çirkli əllərinizi Türkiyədən çəkin. Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı və Türkiyəni necə qarışdırmaq istədiyinizi dəqiq bilirəm. Çəkin, çirkli əllərinizi, o maskalı, irişən üzlərinizi Türkiyədən. Bu qədər aydındır”.
Məsələnin digər maraqlı tərəfi budur ki, Soylunun bu açıqlamaları verdiyi anda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Nitze adlı döyüş gəmisi İstanbul Sarayburnudan İstanbul Boğazına girib. Savaş gəmisi Üsküdar ətrafından dövr edərək Dolmabaxça sarayına yaxın açıq sularda lövbər salıb. Gəmi boğaza girərkən Türkiyə Sahil Mühafizə qrupları onu müşayiət edib. Gəmidə nəhəng ABŞ bayrağı ilə yanaşı, kiçik bir türk bayrağı da qaldırılıb. 155 metrlik göyərtədə silahlı əsgərlər görünüb.
Nazir Soylunun “Çəkin bu çirkin əllərinizi bizdən” dediyi ABŞ səfiri həmin an Boğazda lövbər salan hərbi gəmiyə minib. O və ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh gəminin komandiri, polkovnik-leytenant Keti Ceykobson və gəmidəki zabitlər tərəfindən qarşılanıb.
ABŞ Hərbi Dəniz Qüvvələrindən olan mayor Con Tompson mətbuat mənsubları ilə birlikdə gəzərək gəminin idarəetmə otağı, təcili yardım otağı, raket və sursat sistemlərinin yerləşdiyi bölmə, gəminin radar nöqtələri haqqında məlumat verib. Gəminin iki-üç gün Mərmərə bölgəsində qalaraq NATO ittifaqını gücləndirmək çərçivəsində Türkiyəyə müntəzəm səfər etmək məqsədi ilə İtaliyadan yola düşdüyü bildirilib.
ABŞ səfiri Ceferi Fleyk və gəmi komandir göyərtədə qısa brifinq keçirib, sulları cavablandırıbalr.
F.ƏHMƏD,
MİA.AZ
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...