Siyasiləri üz-üzə gətirən sui-qəsd: vəkil istintaqa telefonunun şifrəsini unutduğunu deyir

img

02-02-2023 [20:38]


Məlum olduğu kimi, Türkiyənin məşhur "Ülkü Ocaqları" təşkilatının keçmiş lideri Sinan Atəş 30 dekabr 2022-ci ildə Ankarada küçənin ortasında motosikletli 2 nəfər güllələyərək öldürülüb.

Mia.az xəbər verir ki, bu sui-qəsdlə bağlı həbs olunan vəkil Serdar Öktemin ifadəsi üzə çıxıb.

İstintaq çərçivəsində həbs edilən vəkil Serdar Öktem verdiyi izahatda bir müddət əvvəl koronavirusa yoluxduğuna görə yaddaş problemi yaşadığını və bu səbəbdən telefonunun şifrəsini xatırlaya bilmədiyini iddia edib.

Bununla da o, telefondakı bəzi məlumatların rahat əldə olunmasına imkan verməyib.

Türkiyə mediası yazır ki, hazırda istintaq onun telefonundakı məlumatları əldə etmək üçün  çalışır.

Xatırladaq ki, siyasi düşərgəni çalxalayan bu sensasiyalı qətllə bağlı Vedat Balkaya, o cümlədən MHP-yə yaxı isimlər - Doğukan Çep, Ülkü Ocaklarının keçmiş başqanı Tolgahan Dəmirbaş, Ülkü Ocakları İdarə Heyətinin sədr müavini Emre Yüksel də daxil olmaqla, 18 nəfər həbs edilib. 

Onu da qeyd edək ki, həbs edilənlər arasında axtarışda olan killer Eray Özyağc və onu polisə aid zirehli maşınla İstanbuldan Ankaraya gətirən 2 xüsusi təyinatlı polis də var.

Yeri gəlmişkən, bu sui-qəsd Türkiyə siyasətinin gündəmindədir. Ərdoğanın rəqibləri bu qəsdi MHP-yə bağlayır, MHP isə uzun müddət sakit yanaşdığı bu hadisədə əlinin olduğunu inkar edib.

İYİ partiyanın lideri Meral Akşener isə Ərdoğandan israrla bu qətlin arxasındakı "əlləri" üzə çıxarmağı tələb edir.

Bir neçə gün əvvəl İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da Sinan Atəşin ata evini ziyarət edib. Bu gün isə Akşener Atəşin ata evində bir saatlıq ziyarətdə olub.

Sinan Atəş, həm də Hacıtepe universitetinin müəllimi idi.

Bəzi məlumatlara görə, o, son vaxtlar yaxın  ətrafına "Mənim işim bitdi, ölüm əmrim verilib", - deyə sirr verib. 

Hazırda istintaq əməliyyatı davam edir.

Samir, 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı