Prezident İlham Əliyevin Klaus Yohannis ilə təkbətək və geniş tərkibdə görüşüb, birgə bəyanat veriblər - MƏTN/FOTO
02-02-2023 [20:50]
Fevralın 2-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə təkbətək görüşü olub.
Mia.az xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər.
***
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub.
Mia.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Cənab Prezident, hörmətli Rumıniya nümayəndə heyətinin üzvləri.
Bir daha Azərbaycana xoş gəlmisiniz.
Biz indicə cənab Prezidentlə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələləri ilə bağlı çox yaxşı müzakirələr apardıq və bir daha əlaqələrimizin strateji əhəmiyyətini təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik. Mənim Buxarestə səfərimlə bağlı yaxşı xatirələrim var və sözsüz ki, Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır. Biz gələcək addımlarımızı geniş şəkildə müzakirə etdik və indi nümayəndə heyətləri üzvlərinin iştirakı ilə bunu davam etdirəcəyik. Eyni zamanda, biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.
Birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək. Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək.
Cənab Prezident və nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. Ölkəmizə səfərinizə görə təşəkkür edirəm. Sizi Azərbaycanda qarşılamaq böyük şərəfdir. Əminəm ki, səfər bizim gələcək əməkdaşlıq planlarımız üçün çox əhəmiyyətli olacaq. Bir daha xoş gəlmisiniz.
Rumıniya Prezident Klaus Yohannis dedi:
- Çox sağ olun cənab Prezident.
Hörmətli nümayəndə heyətlərinin üzvləri.
Həqiqətən bizim demək olar ki, uzun müzakirəmiz oldu. Lakin hesab edirəm ki, bu, mütləq şəkildə zəruri idi.
Çünki hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik. Müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apardıq və mediaya təşəkkürümüzü bildirdikdən sonra mən bu məsələlərin bəzilərini daha dərindən nəzərdən keçirə biləcəyəm.
Heyətlərimizlə müzakirə etmək istədiyimiz iki və ya üç təfərrüatı nəzərdə tuturam.
***
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlamaq istərdim, Azərbaycana xoş gəlmisiniz. Biz keçən ay Sizinlə Buxarestdə görüşmüşdük və şadam ki, bir aydan sonra Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Bu, onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər.
Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Yəni, SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır.
İndi isə bizim əməkdaşlığımız yeni mərhələyə çıxır. Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Biz isə iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Biz öz qaz ixracatımızı sürətlə artırırıq və ilk növbədə, Avropa məkanına.
Hörmətli qonağımız sabah Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir. Əlbəttə, Buxarestdə bizim əsas tədbirimiz yaşıl enerji ilə bağlı idi. Bu istiqamətdə də çox önəmli addım atılmışdır və sabah yaşıl enerji üzrə birinci Məşvərət Şurası keçiriləcək. Bu, çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, bir neçə ölkəni, iki dənizi birləşdirən bir layihədir. Əlbəttə, ümid edirik ki, sabahkı birinci rəhbər komitənin toplantısı gələcək birgə fəaliyyət üçün bir yol xəritəsini də təklif edəcək.
Bir sözlə, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var. Əminəm ki, həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır.
Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Sizə “xoş gəlmisiniz” deyirəm.
Sonra Rumıniya Prezidenti bəyanatla çıxış edib.
Prezident Klaus Yohannisin bəyanatı
-Cənab Prezident, təşəkkür edirəm.
Bu gün burada olmağımdan böyük şərəf duyuram. Bu, mənim ölkənizə ilk rəsmi səfərimdir. Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Dəvətə və qonaqpərvərliyə görə cənab Prezident Əliyevə təşəkkür edirəm.
Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır.
Bu gün cənab Prezident İlham Əliyevlə biz mühüm siyasi məsləhətləşmələr apardıq. Sabah mən cənab Prezidentlə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak edəcəyəm.
Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər etdi. Həmin səfər zamanı biz dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzaladıq.
Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq.
Mən cənab Prezidentə təşəkkür edirəm ki, Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Sabah hər iki ölkənin dövlət neft şirkəti “Romqaz” və SOCAR yeni sazişə imza atacaqlar. Həmin sazişə əsasən, 2023-2024-cü illərdə bizim ölkəyə əlavə qaz nəql ediləcək. Həm Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə Azərbaycanın bərpaolunan enerji mənbələrini Avropaya gətirəcək. Hər iki layihə Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi şəkildə dəstəklənir. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik.
Rəqəmsallaşma layihələri də bizim üçün maraq kəsb edir. Rumıniya ilə Azərbaycan bu əməkdaşlığı və strateji təşəbbüsləri Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində inkişaf etdirmək niyyətindədir. Biz bunu cənab Prezidentlə Buxarestdə də müzakirə etmişik.
Cənab Prezident, Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik.
Sonuncu məsələlərdən biri də Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti cənab Əliyevlə müzakirə etdik. Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik. Bununla da regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır. Biz Azərbaycanın etibarlı tərəfdaş olaraq belə layihələri gələcəkdə də irəli sürəcəyinə əminik.
Prezident İlham Əliyev: Çox sağ olun.
Mia.az
Kılıçdaroğlu İnceye "geri çıəkil" xahişi etdi, elə cavab aldı ki...
Ramazan ayının ikinci günü: imsak, iftar və namaz vaxtı - Təqvim
Azərbaycanda koronavirusdan daha 47 nəfər sağalıb
Rəsii Bakıdan Paşinyana cavab verildi
Səfirimiz Niderland XİN-ə çağırılıb? - Mətbuat katbindən açıqlama
Bu kanal "Qarabağ" - "Qalatasaray" oyununu canlı verəcək
LAÇIN YOLUNDAKI AKSİYADAN 102 GÜN KEÇİR
Rejissor Oqtay Əliyev qəzada ölüb, xanımı Dilarə Əliyeva və xalq artisti yaralanıblar - Açıqlamalar (FOTO/Yenilənb)
Blinken Konqresdə Bakı və İrəvan arasında danışıqlardan danışdı: "Tezliklə sülh müqaviləsi imzalana bilər" - "Dünyada yeni nizam qurulur"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazan ayı başlayıb - TƏQVİM
Nazirlik Oqtay Əliyevin ölümü ilə bağlı nekroloq yayıb
FED uçot dərəcəsini yenə artırırdı: dollar möhkəmlənəcək
Müdafiə Nazirliyi Ermənistanı daha bir yalan məlumat yaymaqda ittihan etdi - Açıqlama
Kürdlərin ittifaqı prezidentliyə namizəd irəli sürmədi
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlanıb
Səddam Hüseyn yolu və ya SEPAH-ın Bakıya xəbərdarlığı: İranın yeni həmləsi nələr vəd edir? – Təhlil
DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK
“Azerloteraya”nın sirli oyunu: uduş fondu haradan formalaşır? - Jurnalistdən kiçik araşdırıma
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
Türkiyədə seçki: daha 11 namizədə imza vərəqələri verilib - SİYAHI
Azərbaycanda COVİD-19: son sutkada ölən olmayıb
Nazirlikdən sülhməramlılara ittiham: "Bu, üçtərəfli Bəyanatın kobud şəkildə pozulmasıdır və..." - VİDEO
Qadın biznesmen niyə öldürülüb? - Borc, yoxsa "xərac" davası?
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: Prezident Qarabağ zonasındakı vəziyyətlə bağlı Dövlət katibinə bilgi verdi
ERMƏNİLƏR DÖYÜŞ MÖVQELƏRİNƏ CANLI QÜVVƏ və SİLAH-SURSAT DAŞIYIR - Alternativ torpaq yolla...
ƏN BÖYÜK İSTƏYİM LAÇINA DÖNMƏKDİR"
Erməni hərbçisi əsir alınıb? - MN açıqlama yaydı
QMİ Ramazan ayı ilə bağlı fətva verib
LAÇIN YOLUNDAKI AKSİYADAN 100 GÜN ÖTÜR - Qızıl Xaç Komitəsinin 16, sülhməramlıların isə 69 maşını maneəsiz hərəkət edib (Yenilənib)
Növbəti üç gün üçün hava proqnozu açıqlanıb
Abşeronda əməliyyat: keçmiş məhkum qandallandı
Azərbaycan Avropa Şurası ilə Əlavə Protokolu imzalayıb
Ərbakanın oğlu Ərdoğana dəstək vermədi - Partiya sədrinin özü prezidentliyə namizəd oldu
Jurnalda sağlamlıq resepti oxudu və... - 10 il əvvəl içdiyi dərman üzündən dərisi sürətlə qaralan şəxsin fotosu yayıldı
Azərbaycan idmançıları İrəvana gedir
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı
Rəsmi Bakı: "Ermənistan hərbi təxribatlara və sui-istifadə hallarına son qoymalıdır"
Kamran Əliyev keçmiş Baş prokuroru evində təltif etdi - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
LAÇIN YOLUNDAKI AKSİYADAN 99 GÜN ÖTÜR
Ceyhun Bayramov Brüsselə gedib