İSBAM: "Bu hadisənin birbaşa məsuliyyəti rəsmi Tehranın üzərinə düşür"

img

27-01-2023 [19:33]


İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum faktı ilə bağlı bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatda deyilir:

27 yanvar 2023 -cü il səhər saatlarında Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı basqın edilib. Hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi həlak olmuş, iki nəfər isə yaralanmışdır.

İSBAM olaraq bəyan edirik ki, baş vermiş silahlı hücum terror aktıdır. Namərdcəsinə törədilmiş bu hadisənin bir başa məsuliyyəti rəsmi Tehranın üzərinə düşür.

İrandakı mövcud siyasi rejim bir daha Azərbaycan dövlətinə qarşı düşmənçilik mövqeyini sərgiləməkdədir.

Hesab edirik ki, Azərbaycan Respublikası tərəfindən regionda heyata keçirilən sülh və əməkdaşlıq, qarşılıqlı etibar siyasətinə qarşı yönəlmiş silahlı təxribat hadisəsi baş vermişdir.

Azərbaycan dövlətinin qonşuluq və sülh içərisində dinc yaşamaq prinsipallığına qarşı həyata keçirilmiş hücum nə Azərbaycan diplomantlarının nə dövlətimizin inamını və mübarizə ruhunu sarsılda bilməz.

Müqəddəs cümə günündə Azərbaycan səfirliyinə yönəlmiş bu çirkin terror hadisəsi eyni zamanda bunu həyata keçirən, dəstəkləyən, ideya verən güclərin dindən və Allahdan uzaq olduğunu təsdiq etmişdir.

Hücumun qarşısının alınmasında göstərdiyi şücaətə görə şəhidimiz Orxan Əsgərova rəhmət, yaxınlarına və xalqımıza baş sağlığı diləyirik.

İSBAM olaraq bir daha bəyan edirik ki, bütün beynəlxalq və diplomatik sazişlərin tapdaq altına alınaraq Azərbaycan səfirliyini silah ilə hədəf seçilməsinə görə bütün məsuliyyəti və cavabdehliyi İran siyasi hakimiyyəti daşıyır.

İSBAM Mətbuat xid


Digər xəbərlər
SON XƏBƏRLƏR