İran rejimi niyə həyəcanlanıb və yaxud terrorçunu niyə qoruyurlar? - FOTO

img

27-01-2023 [17:59]


Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçunu durmadan TV-lərə çıxaran İran rejimi bütün imkanları ilə bu hadisəni sanki ört-basdır etməyə çalışır.

Mia.az xəbər verir ki, həbsindən qısa zaman sonra TV-lərin efirlərində yayılan saxta ifadəsi yetmirmiş kimi, indi də terrorçunun özündən canlı müsahibələr təşkil edilir. O da  verilən təlimata uyğun olaraq, hadisəni məişət zəminində törədiyini iddia edir.

Lakin terrorçunun səfirliyin binasının qarşısına sürətli gəlişi, orada olan iranlı polisin hadisəni seyr etməsi və sair məqamlarla bağlı video görüntünün ortaya çıxması Tehran rejiminin ört-basdır niyyətinin qarsısında  dəmr sədd olub.

Üstəlik, İran rejiminin bu qədər həyəcanlı davranışı diqqətdən qaçmır. Bu, psixoloqların məntiqi ilə desək, suçluluq psixologiyasından doğan aqoniyadır.

Zülfiyyə,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR