SƏFİRLİYİMİZƏ TERROR HÜCUMUNUN ANBAAN GÖRÜNTÜSÜ YAYILDI: mühafizəçinin cəsarəti... - VİDEO

img

27-01-2023 [12:34]


Bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə olunan alçaq terror hücumunun görüntüləri yayılıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, görüntülərdə İran polisinin iddia etdiyi kimi, terrorçu azyaşı uşaqları ilə olmayıb.

Çox aydın görünür ki, o, bu terrora hazırlıqlı olub. Görüntüdə səfirliyin mühafizəçilərinidən birinin cəsarətli davranaraq, terrorçunu zərərsizləşdirmə anı da var. Bəlkə də bu cəsarətli hərəkət olmasaydı, terrorçu daha böyük vəhşətə yol açacaqdı.

Yayılan görüntülərdən sonra dünya ediası da İran polisinin hadisəni ört-basdır etməyə çalışmasının qəbulolunmaz olduğunu yazır və bu məsələdə İranın xüsusi xidmət orqanlarının əlinin olmasını qabardır.

Xatırladaq ki, terror hücumunda mühafizə rəisi şəhid şəhid olub, iki nəfər isə yaralanıb.

Samr MUSAYEV,

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR