Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: ölən və yaralanan var - Terrorçu saxlanıldı (VİDEO/Yenilənib)

img

27-01-2023 [10:35]


Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Məlumata görə, vtomat silahlı şəxsin hücumu nəticəsində səfirliyin mühafizəçi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.

***

Son məlumata görə, səfirliyə hücum edən şəxs saxlanılıb.

Mia.az İran mətbuatına istinadla xəbər verir ki, bu faktı tehran polisi təsdiqləyib: "Polis hücum edən şəxs dərhal həbs edilib, hazırda istintaq gedir".

Məlumata görə, iki azyaşlı övladı ilə səfirliyə gedən terrorçu bu hücmu gerçəkləşdirib.

Ancaq İran polisinin bu açıqlaması terror hadisəsini sanki məişət məsələsi kimi təqdim edəərk, qapatmağa xidmət edir. Açıqlamada terrorçunun "azyaşlı uşaqları ilə getməsi"nin xüsusi qabardılması bunu deməyə ısas verir. Maraqlıdır, Tehran polisi bu "ac-yalavac"ın avtomatı haradan əldə etdiyini niyə qabartmır?

Bu və ya digər məqamlar bu terrorda İranın xüsusi xidmət orqanlarının əlinin olması şübhəsini artırır.

Onu da qeyd edək ki, rəsmi Bakı bu hücumla bağlı bəyanat yayıb.

Samir,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR