Ali Məclisin aparat rəhbəri işçilərin içində deyib ki, rədd ol, çıx...
27-01-2023 [09:36]
"Mərhum Əli Vəliyevin yaxşı bir sözü vardı: "Səni sənin yaratdığın şərait qədər aldatmağa çalışırlar". Naxçıvanda əzəldən 2 nəşriyyat olub. "Əcəmi" və "Qızıldağ". "Qızıldağ" Naxçıvanın həm də ilk özəl nəşriyyatı idi. "Qızıldağ" Hüseynin başına gətirilənləri bu yaxınlarda NTV "qəhrəmancasına" çəkdi və göstərdi".
Mia.az-ın məlumatına görə, bu sözləri ictimai fəal, "Vətən Bağı" İctimai Birliyinin sədri Emin Tarverdiyev sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, "Əcəmi" Nəşriyyatı Ali Məclisə tabe olub: ""Şərq qapısı" da orada dərc olunur. Elə "Qızıldağ"ın "vurulmasında" "Əcəmi"nin də rolu az olmayıb. "Əcəmi"nin köhnə müdiri var idi, Məmmədrza Ələsgərov. Keçmiş SSRİ poliqrafiya məktəbinin məzunlarından idi, işinin peşəkarı olub. Yəqin peşəkar imiş ki, Azərbaycan Əməkdar Mədəniyyət işçisi adını da almışdı. Sonradan nəşriyyata bir müavin verdilər. Adı deyəsən Pərvindi. İndi nəşriyyatın direkrorudu. Altdan - altdan Məmmədrza haqqında Ali Məclisdə fikir formalaşdırdı: "içir". Məmmədrza Ələsgərova içməyinə, xüsusən də işdə içməyinə görə qəti haqq qazandırmıram. Amma lap başda yazdığım cümlədəki kimi: "Səni sənin yaratdığın şərait qədər aldadırlar". Məmmədrza da sizi aldatmırdı, yaratdıqları şəraitə etiraz olaraq içirdi...".
Emin Tanrıverdiyevin sözlərnə görə, Məmmədrza Ələsgərovdan Naxçıvan məktəblərinə satmaq üçün gündəlik, dəftər çap etməyi tələb edirdilər: "Artıq monopoliyanın iyi gəlirdi. Əməkdar Mədəniyyət işçisi də deyirdi ki, "ay oğul, bu avadanlıqlarla siz dediyiniz olmaz axı". Nə isə, axırda sözə baxmadığına görə Ali Məclisin indiki aparat rəhbəri Ülvi Hüseynli nəşriyyata gələrək Məmmədrza Ələsgərova işçilərin içində deyib: "rədd ol, çıx nəşriyyatdan"...
Örkən nə qədər uzun olsa da, sonunda doğanaqdan keçir. Sizlərə də az qaldı...".
Mia.az
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb