General ölkədən çıxışına “stop” qoyulmasından xəbərsiz olduğunu deyir: "FHN-də, yaxud başqa qurumda..."

img

25-01-2023 [23:50]


"Mən öz ərizəmlə Dövlət Gömrük Komitəsindəki vəzifəmdən ayrılmışam”.

Mia.az-ın məlumatına görə, bu sözləri Qaynarinfo-ya gömrük qalmaqallarında adı hallanan Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini, general-leytenant Əsgər Abdullayev bildirib. 

O, ölkədən çıxışına "stop” qoyulması ilə bağlı məsələyə belə münasibət bildirib: "Vallah, mən bu barədə ilk dəfə sizdən eşidirəm, xəbərim yoxdur”. 

Əsgər Abdullayev deyib ki, DGK-nin yeni rəhbərliyi ilə də münasibətləri normal olub: "Özüm öz ərizəmlə təqaüdə çıxdım. Sədr müavini vəzifəsindən azad olundum”.

General gələcəkdə hansısa işlə məşğul olub-olmayacağı barədə suala belə cavab verib: "Hələlik təqaüddəyəm. Bu barədə heç nə deyə bilmərəm. Fövqəladə Hallar Nazirliyində və yaxud digər qurumlarda çalışmağımla bağlı hələlik nəsə düşünmürəm”.

O, DGK-nin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə münasibətləri barəsində sualımıza da cavab verib: "Səfər Mehdiyev bizim komitənin sədri idi və mən isə müavin. Normal münasibətlərim olub”.

Əsgər Abdullayev DGK-da baş verən həbslərə görə istintaqa çağırılması ilə bağlı dedi-qodulardan da danışıb: "O hadisələrdə mənim adım nə vaxt hallanıb? Bunları kim deyibsə, onu dəqiqləşdirin, sonra mən sizinlə danışım. Siz jurnalistsiz. Mənimlə bağlı müvafiq qurumlardan soruşun... Niyə məndən soruşursuz ki?”.  

Qeyd edək ki, dekabr ayının 28-də general-leytentant Əsgər Abdullayev Prezident İlham Əliyev Sərəncamı ilə DGK-nın sədr müavini vəzifəsindən azad edilib. O, 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin olunmuşdu.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq