"Qutabdan Kitaba" sosial sahibkarlıq... - "Cığır" yeni cığırlar açır (FOTOLAR)
18-12-2022 [16:57]
Bazarlar tarixən də fərqli baxışların birlik bucağı olaraq ümummədəniyyətə açılan qapılar kimi səciyyələnirlər.
Mia.az xəbər verir ki, məhz fərqli insanları eyni məkanda bir araya gətirərək vətəndaşlarımızı- böyükdən kiçiyə hər kəsi sosial dəyər ətrafında cəm edən "Cığır" MDİD İB "Qutabdan kitaba" adlı pilot layihəsi ilə Bakı əhalisinin görüşünə gəlir. Hər həftəsonu Bakı yaşayış massivlərinin həyətlərində təşkil edilən sosial bazarımızda cəmiyyətin həssas qrup nümayəndələri - tənha dul analar toplanıb növbənöv qutablar bişirərək öz övladlarının, eyni
zamanda digər ata himayəsindən məhrum abituriyentlərin təhsil təqaüdünəmaddi dəstək göstərməyə çalışır. Bakı sakinləri elə öz məhəllələrindəcə layihənin bir parçasına çevrilir - Könüllü tələbələrin hazırladığı
şirniyyatlar, açıq havada keçirilən xeyriyyə kitab satışlarında ikinci əl kitablardan alaraq, könüllü rəssamlar tərəfindən keçirilən master-klaslarda öz övladlarının iştirakını təmin edərək layihənin əhəmiyyət və xoş ovqatını birə on artırır.
Sosial bazar layihəsinin ideya müəllifi, "Cığır" MDİD İB-nin sədri Yeganə Mirzəyeva layihənin cəmiyyətimizin həyatında böyük təsirindən bəhs edərək vurğulayır: ""Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsinin subliminal mesajı ondan ibarətdir ki, bir qutab bir əmanətin kitaba, elmə tərəf açılan yolunun başlanğıcıdır. Sosial sahibkarlıq mənəvi dəyərdir və onun təbliği birbaşa mənəvi dəyərlərin inkişafına xidmət edir. Tənha qadınların iş yeri təmininə dəstəklə bərabər, daha önəmli olan mənəvi qazancdır. Belə ki, kollektiv şəkildə sosial dəyər qazanan və paralel olaraq sosial məsuliyyətin verdiyi mənəvi zövqü dadan qadınlar cəmiyyətə də sosial dəyər qazandırmağa müvəffəq olurlar".
"Qutabdan Kitaba" sosial sahibkarlıq layihəsi paralel olaraq, "Mülk" alış-veriş mağazası, "Amber Soap", "Maidə tekstil", "Bərəkət düşbərələri", "Rangahəng-vitraj", "Perspektiv eko çantaları" kimi digər
sosial sahibkarlıq layihələrinin bazara çıxışının təminatçısı olmuş olur.
Birlik silsiləvi təşkil etdiyi bazarlarda coşqularına qoşulan, öz gəlişləri, iştirakları ilə layihəyə rəng və dəyər qatan xeyirsevər Bakı əhalisinə dərin minnətdarlığını bildirir.
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI